SON XƏBƏRLƏR

Rusiya İranın dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsindən geri çəkilib

2021.10.20, 07:36
Rusiya İranın dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsindən geri çəkilib

Gunaz.tv

GünazTV: “Rusiya Dəmir Yolları” Dövlət Şirkəti (RJD) fevralın 25-də bəyanat yayaraq, ümumi dəyəri 1.2 milyard avrol olan İranın “Gərmsar-İnçə Burun” nəhəng dəmir yolu xəttinin elektrikləşdirilməsi lahihəsindən geri çəkildiyini bildirib.

 

“İnterfax” agentliyinin yaydığı xəbərə əsasən, “Rusiya Dəmir Yolları” Dövlət Şirkəti bildirib ki, Amerikanın mümkün sanksiyalarından ehtiyatlanaraq, Gərmsar-İnçə Burun dəmir yolu xəttinin elektrikləşdirilməsi ilə bağlı İranla imzaladığı sazişdən imtina edir.

 

“İnterfax” ın bildirdiyinə görə, Rusiya şirkəti Amerika sanksiyalarına görə, lahihədən geri çəkildiyinə görə, İran beynəlxalq məhkəmələrdə həmin şirkətə qarşı iddia qaldıra bilməyəcək.

 

Xatırladaq ki, İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi 2019-cu ilin iyul ayında “Rusiya Dəmir Yolları” Dövlət Şirkətinin icraçı direktoru Oleq Bolozerovun iştirakı ilə keçirilən bir mərasimdə çıxış edərək “Gərmsar-İnçə Burun” dəmir yolu xəttinin elektrikləşdirilməsi lahihəsinin icrasına başlanılmasından xəbər vermişdi.

 

Tehranla Moskva arasında imzalanmış müqaviləyə əsasən, proyektin icrası üçün nəzərdə tutulmuş vəsaitin 85%-ni Rusiya tərəfi maliyyələşdirməli idi. Bildirilir ki, bu barədə hələ dörd il əvvəl tərəflər arasında müqavilə imzalansa da, Rusiya tərəfi layihənin icrası üçün bu günə qədər hər hansı əməli bir addım atmamışdı.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar