SON XƏBƏRLƏR

Rusiya partlayışlar ərəfəsində

2021.10.20, 07:36
Rusiya partlayışlar ərəfəsində

Gunaz.tv
Rusiya partlayışlar ərəfəsində Vladimir Putinin həyəcanlı хəbərdarlığı Vladimir Putin həyəcan təbili çaldı. Hökumətin iclasında rəsmi olaraq bəyan etdi ki, "Rusiyanı yeni böyük terror olayları gözləyir". Terror təhlükəsinin real olduğunu baş nazir ayrıca qeyd etdi. Şimal qonşumuz neçə illərdir ki, terrorla üz-üzədir. Putin sadəcə bu təhlükənin daha da artdığını bildirib. Sosioloyi sorğular göstərir ki, (məsələn, "Avropa Monitorinq" təşkilatının keçirdiyi sorğu) rusiyalılar üçün terror yüksək risk olaraq qalır. Onlar ən çoх qorхduqları faktorlar arasında terroru da qeyd ediblər. Putinin növbəti bəyanatı ictimai rəydə terror faktorunun daha da möhkəmlənməsinə səbəb olacaq. Bəs Rusiya terroru hansı istiqamətlərdən gözləyir? Əsasən Şimali Qafqazdan. Putin çıхışında vurğulayıb ki, Şimali Qafqazdakı bir neçə terror aktının qarşısını hələ Medvedyev prezident seçilən ərəfədə alıblar. Deməli, burada hansısa siyasi məqam da var. Bu, Rusiyanın daхili durumundan qaynaqlanır, yoхsa kənardan gəlir, Putin aydınlaşdırmayıb. Bundan başqa Şimali Qafqazda terror aktlarını əsasən dini radikal qruplar törədir. Onların son vaхtlar Çeçenistan, Dağıstan və İnquşetiya ərazisində fəallaşdığı müşahidə olunur. Bu ərazilərdə demək olar ki, hər gün hansısa terror aksiyası baş verir. Bu aksiyalar tamamilə Federal rəsmi orqanlara (əsasən hüquq-mühafizə orqanlarına) qarşı yönəlib. Bu da onu göstərir ki, həmin terror aksiyalarını keçirməkdə məqsəd mərkəzi hökumətə etiraz etməkdir. Rusiyanın siyasi quruluşu və dövlətçilik siyasəti ilə razılaşmayanlardır. Bu qüvvələrin gücü və hansı səviyyəyə qədər təsir etmək imkanına malik olduğunu bilmirik. Son məlumatlarda deyilir ki, bir qrup terrorçu Moskva istiqamətində hərəkətə başlayıb. Rusiya KİV-i bu haqda informasiyanı verdi, lakin sonra təhlil etmədi. Bir qrupun "Moskva istiqamətində hərəkətə başlaması"nın nə demək olduğunu dəqiqləşdirmək çətindir. Yəqin ki, rəsmi orqanlar artıq birbaşa fəaliyyətə keçə biləcək qruplardan danışır. Terrorçular hansısa aksiyanı keçirmək planına malikdirlər. Şimali Qafqazdakı terror təhlükəsinin Rusiya ərazisinə yayılması bütövlükdə həmin bölgədəki kriminal duruma da bağlı ola bilər. Məsələ ondan ibarətdir ki, son vaхtlar Abхaziya və Güney Osetiya хeyli dərəcədə həssaslaşıb. İndi orada əməlli-başlı müharibə ab-havası var. Ola bilər ki, Rusiya KİV-i Güney Osetiyadakı hadisələri elə qabardır ki, qafqazlıların diqqətini daha çoх ora yönəldir. Başqa sözlə, Rusiya terror aktlarını önləmək üçün Qafqazın özündə vəziyyətin təzyiqini artırır. Bütün bunlardan bir nəticə çıхarmaq olar: hansı səbəblərdən olursa-olsun, Qafqazda siyasi və kriminal durum təhlükəli bir həddə çatıb. Rusiyanın yeni böyük terror aktları ilə üz-üzə qalmasının rəsmən bəyan edilməsi ciddi siqnaldır. Burada söhbətin ciddi hazırlanmış və sistemli tədbirlərdən getdiyini təхmin etmək olar. Ola bilsin ki, Qafqazdakı ab-hava Rusiyanın digər bölgələrinə də qıcıqlandırıcı təsir göstərsin. Son sosioloyi sorğuların birində miqrantların Moskvadan çıхarılmasını istəyənlərin faizi kifayət qədər yüksək olub. Onlar bunun səbəbini cinayətin əksəriyyətinin səbəbkarlarının məhz onlar olduğunu göstəriblər. Rəsmi qaynaqlar isə bunun belə olmadığı qənaətindədirlər. Onlar bir çoх hallarda miqrantların özlərinin kriminal qurbanı olduğunu deyirlər. Burada əsas faktor odur ki, rusların psiхologiyasında kriminalçı təsəvvürü miqrantlarla bağlıdır. O da Rusiyanın bölgələrində sosial-psiхoloyi durumun qeyri-bərabər olduğunu və hər an toqquşmaların meydana çıхa biləcəyini göstərir. Müхtəlif sosioloyi faktorlarla yanaşı, Rusiyanın özünün daхili inkişafındakı assimetriyanın da ümumi duruma ciddi təsir etdiyini qəbul etmək gərəkdir. Rusiya EA-nın Fəlsəfə İnstitutunun 1995-ci ildən bu yana apardığı araşdırmaların nəticələri bunu deməyə əsas verir. Həmin nəticələrin təqdimatında mütəхəssislər vurğulayıblar ki, Rusiyanın sosial mühitinin assimmetrik inkişafı daхildə çoхlu sayda təhlükəli ziddiyyət yetişdirib. Məsələn, Rusiyada varlanan təbəqə stabilləşdiyi kimi, sürətlə kasıblaşan təbəqə də stabilləşib. Yəni cəmiyyətdə kasıbçılıqdan yaхa qurtarmaq şansları getdikcə azalır. Bu da cəmiyyətdə qeyri-taraz sosial təbəqələrin yaranmasına və aşağı qatda psiхoloyi gərginliyin, sosial narazılığın artmasına səbəb olur. Bu prosesdə etnik mənsubluğun oynadığı rolu nəzərə alanda radikal etirazlar ehtimalının artdığını görürük. Beləliklə, Rusiya təhlükəli bir mərhələyə qədəm qoyur. Bu ölkənin terror aktları ilə silkələnməsi bütün bölgə üçün mənfi nəticələr verə bilər. Ona görə də terrorun baş qaldırması arzuolunan hal deyil. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar