SON XƏBƏRLƏR

Rusiyalı ekspert: “Azərbaycan üç ildən sonra NATO-ya daxil olacaq”

2021.10.20, 07:36
Rusiyalı ekspert: “Azərbaycan üç ildən sonra NATO-ya daxil olacaq”

Gunaz.tv
Rusiyalı ekspert: “Azərbaycan üç ildən sonra NATO-ya daxil olacaq” andrey-fyodorov.jpg Azərbaycan üç ildən sonra NATO-ya daxil olacaq. Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Siyasi Araşdırmalar və Konsaltinq Mərkəzinin direktoru Andrey Fyodorov bəyan edib. Fyodorov bildirib ki, NATO yaşayır və inkişaf edir: “Amma bu genişlənmə təkcə pis niyyət deyil, həm də hərbi birliyi həqiqi təhlükəsizlik sisteminə çevirmək məqsədi güdür. Mən əminəm ki, perspektivdə NATO Özbəkistan və Türkmənistana qədər genişlənəcək. Üç il sonra Azərbaycan da NATO-ya daxil olacaq. Azərbaycan rəhbərliyi hələlik bu barədə ucadan danışmasa da, iş gedir. Rusiya Avropa Birliyi kimi NATO-nun genişlənməsini də qaçılmazlıq kimi qəbul etməlidir. Biz 10-15 il sonra tamamilə fərqli geosiyasi vəziyyətdə yaşayacağıq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar