SON XƏBƏRLƏR

Rusiyanın hədəfi BTC-dir...

2021.10.20, 07:36
Rusiyanın hədəfi BTC-dir...

Gunaz.tv
Rusiyanın hədəfi BTC-dir... Bjezinski: "Rusiyanın məqsədi Bakı-Ceyhandır" "Bakı-Tiflis-Ceyhan kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinə nəzarəti ələ keçirmək üçün Rusiya bölgədəki vəziyyəti gərginləşdirməyə çalışır. Biz Rusiyanın Tiflisə ünvanlanmış hədələrini eşidəndə anlayırıq ki, onlar əslində hansısa ərazi mübahisələri yox (halbuki Rusiya və Gürcüstan ərazisində doğrudan da ərazi mübahisələri mövcuddur), daha çox Bakı-Ceyhan kəməri üzərində nəzarətə yiyələnmək istəyi ilə bağlıdır". Məşhur amerikalı politoloq, ABŞ prezidenti Cimmi Karterin administrasiyasında müşavir olmuş Zbiqnev Bjezinski Senatda keçirilən dinləmələr zamanı bildirib ki, əgər Gürcüstan hökuməti ölkədəki stabilliyin kənardan pozulması faktı ilə üzləşərsə, Qərbin Bakıya, Xəzər dənizinə və ondan sonrakı bölgələrə girişi məhdudlaşacaq. Çıxışını Rusiyanın Avrasiya enerji bazarlarındakı davranışlarına həsr edən politoloqun sözlərinə görə, Rusiya həmin bazarlarda inhisarçı mövqelər tutmağa çalışır və bunun üçün əlində olan bütün siyasi-iqtisadi rıçaqları, o cümlədən Avropa və Baltikyanı dövlətlərə enerjidaşıyıcıların verilməsinin siyasi məqsədlərlə dayandırılmasını işə salır. "Rusiya Orta Asiya regionunu dünya iqtisadiyyatına birbaşa çıxıqdan, xüsusilə lə də enerjidaşıyıcıları satışından təcrid etməyə can atır. Düşünürəm ki, Rusiyanın belə davranışına cavab olaraq Qərb dövlətləri Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarından daha fəal istifadə etməli, Avropa və Asiyaya alternativ boru kəmərlərinin çəkilməsinə çalışmalıdır. Bu arada Rusiyadan Almaniyaya təbii qaz nəqli üçün nəzərdə tutulmuş "Şimal Axını" layihəsindən tək Almaniya yox, bütün Avropa Birliyi ölkələrinin yararlanmasına şərait yaradılmalıdır", - Bjezinski deyib. Almaniyanın sabiq kansleri Gerhard Şröderin indi "Qazprom"un muzdlu işçisinə döndüyünü vurğulayan Z.Bjezinski bildirib ki, sabiq baş nazirin oynadığı rol "nəzərə alınmaması mümkünsüz mürəkkəb məsələdir". Daha sonra o, Avropanın bir sıra liderlərinin mövqelərini sərt tənqid edib. "İtaliyanın bir baş naziri var ki, bu yaxınlarda yenidən hakimiyyətə qayıdıb. O Putin qarşısında diz çökməyi idmana döndərib. Yunanıstan hökuməti Rusiyanın enerji layihələri sahəsindəki təşəbbüslərinə böyük rəğbət bəsləyir. Macarıstandakı hökumət çox qəribə şəkildə rusların əmrlərinə və bəlkə də maliyyə stimullarına riayət edir. Budapeştin indiki mövqeyi "Nabucco" layihəsinə böyük zərbə vurur, - hazırda ABŞ prezidentliyinə namizəd Barak Obamanın geosiyasət məsələləri üzrə müşaviri olan Zbiqnev Bjezinski söyləyib. - Bu yaxınlarda isə Avstriyada bəhs etdiyi vəziyyətin təkrarını gördük". Dinləmələr zamanı Senatın xarici işlər komitəsinin sədri, demokrat senator Cozef Bayden isə təəssüflənib ki, postunu tərk etməyə hazırlaşan prezident Corc Buşun siyasətinə təsir etmək imkanları qalmayıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar