SON XƏBƏRLƏR

Rza Zarei Təbriz zindanından azadlığa buraxılıb

2021.10.20, 07:36
Rza Zarei Təbriz zindanından azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Rza Zarei Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal 3 aylıq həbs cəzasını çəkdikdən sonra 2019-cu il dekabrın 31-də sərbəst buraxılıb.

 

Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbsə məhkum edilib. Onun həbs cəzası sonralar apellayasiya məhkəməsi tərəfindən 91 günə endirilib.

 

Fəal fiziki şəxslərə məxsus mağazaların lövhələrini təxrib etmək, sistemin əleyhinə təbliğat aparmaq, təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ölkənin təhlükəsizliyinin əleyhinə sözləşmə və toplaşma kimi qondarma ittihamlarla üzləşib.

 

Rza Zarei oktyabrın 22-də Təbriz Prokurorluğunun Hökmləri İcra edən Bölümünə müraciət etdikdən sonra həbsxanaya aparılmışdır.

 

Adını çəkdiyimiz fəal 2018-ci il oktyabrın 17-də “Sepah”ın kəşfiyyat bölümünün əməkdaşları tərəfindən Təbrizdə tutulub. O 17 gün Ettelaat İdarəsinin təcridxanasında və 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar