SON XƏBƏRLƏR

Vərziğanda insident: Millət vəkili Allahverdi Dehqani döyülüb

2021.11.30, 11:37
Vərziğanda insident: Millət vəkili Allahverdi Dehqani döyülüb

Gunaz.tv

Bu barədə sosial mediada xəbər yayılıb. Məlumata görə, bölgədə toy mərasiminə qatılan millət vəkili ağır şəkildə döyülüb, paltarı cırılıb və təhqir olunub.

Məlumatda bildirilir ki, onun döyülməsinin səbəbi seçkidən öncə bölgədə işsizliyin aradan qaldırılması, su və başqa bu kimi problemlərin həlli ilə bağlı verdiyi vədləri unutması ilə bağlıdır.

Qeyd edək ki, son günlər Allahverdi Dehqaninin bir sıra qanunsuz işlər görməsi və yalan danışması ilə bağlı sosial mediada məlumatlar yayılıb.

Bundan sonra ictimai rəydə ona qarşı basqılar artıb.

Dehqaninin döyülmə və təhqir edilməsinin hakimiyyət və fraksiyalar daxili qarşıdurma və çəkişmələrlə bağlı olduğu ehtimal edilir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar