SON XƏBƏRLƏR

Sadiq Laricaninin lüks otelə bənzər mədrəsəsinin görüntüləri yayılıb- FOTO

2021.10.20, 07:36
Sadiq Laricaninin lüks otelə bənzər mədrəsəsinin görüntüləri yayılıb- FOTO

Gunaz.tv

GünAz TV: İran məhkəmə sisteminin sabiq rəhbəri və hazırda Ali Məsləhət Şurasının sədri kimi çalışan axund Sadiq Laricaninin lüks otelə bənzər dini mədrəsəsinin görüntüləri yayılıb.

 

İranın “Entexab” saytı yaydığı şəkillərlə bağlı qeyd edib ki, bu gördüyünüz bina hansısa 7 ulduzlu otel deyil, Sadiq Laricaniyə məxsus dini mədrəsənin binasıdır.

 

Sentyabrın 21-dən Laricaninin bu mədrəsədə fiqh xarici dərslərin tədrisinə başladığı bildirilir.

 

Bu mədrəsənin adı Sadiq Laricaninin məhkəmə sisteminə sədrlik etdiyi dövrdə müavini olmuş Əkbər Təbərinin korrupsiya əməllərinə görə, son dövrlər tez-tez hallanır.

 

Qum mədrəsəsinin müəllimlər cəmiyyətinin rəisi Məhəmməd Yəzdi bir müddət öncə Laricanidən sözügedən mədrəsəni tikdirdiyi pulların mənbəyini göstərməyi tələb etmişdi.

 

Qeyd etmək lazımdır ki, məhkəmə sisteminin rəhbəri birbaşa olaraq “dini lider” Əli Xamneyinin fərmanı ilə təyin edilir.

 

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar