Vüsal Qasımlı: “Bəzi birliklərə üzv olsaydıq, Qarabağı azad edəndə bu qədər sərbəst olmazdıq”

02.11.2021, 13:27

“Bizim iqtisadiyyatımız indiyə qədər əsas problemimizin həllinə hədəflənmişdi. Açıq və gizli - bütün formalardan istifadə edirdik ki, ərazi bütövlüyümüz bərpa olunsun. Bunun üçün biz çox məsələlərin üzərinə getdik”.

Gunaz.tv Quote | Gunaz article

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın heç bir iqtisadi-siyasi birliyə üzv olmaması onun Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amillərdən olub: "Bizim coğrafiyaya fikir versəniz görərsiniz ki, Qərbdə Avropa İttifaqı və onun Gürcüstan, Ukrayna kimi assosiativ üzvləridir. Şimal və Şərqdə olan ölkələr Avrasiya İttifaqının üzvüdür.

Cənubda Körfəz ölkələri, Cənub-Şərqdə Cənub-Şərqi Asiya ölkələrinin Asian ölkələri qrupu, Afrikada isə Afrika ölkələri birliyi dövlətlərdir. Azərbaycan isə bu birliklərin heç birinə daxil olmamışdı.

Hər bir şeyin qiyməti var. Ulu öndər Heydər Əliyev deyirdi ki, “bizim müstəqilliyimizin çox böyük qiyməti var”. Yəni müstəqilliklə bağlı ulu öndərin çox böyük fikirləri var. Biz o birliklərin birinə üzv olsaydıq, Qarabağı azad edəndə bu qədər sərbəst ola bilməyəcəkdik. Biz iqtisadi müstəqilliyin bütün parametrlərini təmin etmişdik”.

Alim hesab edir ki, Azərbaycan xarici borcunun ÜDM-ə olan nisbətdə az olması doğru iqtisadi siyasətin nəticəsidir: “Xarici borcumuz ümumi daxili məhsulun (ÜDM) 20%-nə çatmır. Hansı ki, 60%-lik göstərici qırmızı xətt sayılır. Amma hazırda dünyada orta göstərici 100%-dir.

Yəni xarici dövlət borcu ÜDM-in 100%-nə çatır. Bizdə isə heç 20%-ə çatmır. Borclu olsaydıq bu işləri görə bilıcəydik?! Xeyr, mümkün olan məsələ deyil. Çünki o borcu verənlər musiqini sifariş edənlərdir.

Bilirsiniz ki, strateji valyuta ehtiyatları 55 milyard dollarla yaxınlaşıb. Bu da ÜDM-in həcmi ilə müqayisə olunan həddir. Hansı ölkədə ÜDM-lə müqayisə nisbətində bu qədər valyuta ehtiyatı var?

Ölkələrdə sosial quruluş ya piramida, ya da romb formasında olur. Piramida formasında yuxarıda az varlı, ortada orta təbəqə və daha çox kasıb təbəqə mövcuddur. Ölkəmizdə sosial quruluş romb formasındadır. Bizdə orta təbəqə formalaşıb. Bu günkü sabitliyimizin kökündə dayanan məsələ elə ulu öndər Heydər Əliyevin və cənab prezidentin siyasətinin mərkəzində vətəndaşın dayanması və orta təbəqənin formalaşmasıdır. 

Orta təbəqə sabitliyin əsasıdır. Orta təbəqə yoxdursa sabitlik ola bilməz. İndi 5G texnologiyalarından danışırıq, orta təbəqədə artıq 5 G texnologiyaları tətbiq olunub. Ölkədə manatın sabitliyi, inflyasiyaya nəzarət olunması, makroiqtisadi və ictimai sabitlik – bütün bunlar insanın bədənindəki sağlamlıq kimidir.

Nə qədər ki, səninlədir, qədrini bilmirsən. Elə ki, bir balaca titrəmələr başlayır, burada dalğalanmalar, müzakirələr başlayır”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qarabağa dəstəyə görə həbs olunan ərdəbilli fəalların qamçı cəzası qüvvədə saxlanılıb

2021-12-09

gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07