SON XƏBƏRLƏR

Sarab zindanında həbs olunan Səhənd Məalidən heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Sarab zindanında həbs olunan Səhənd Məalidən heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Sarab şəhərinin həbsxanasında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məalidən heç bir xəbər yoxdur, bu vəziyyət onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.

 

Xəbər agentliklərində yayılan məlumata görə, fəalın telefon əlaqəsi saxlamasına qadağa qoyulub, o artıq 13 gündür ki, telefondan istifadə edə bilmir.

 

Sarab sakini olan Səhənd Məali zindanda 10 aylıq həbs cəzasını çəkməkdədir. O mayın 2-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalandıqdan sonra həbsxanaya aparılıb.

 

Şahidlərin dediyinə görə, fəal yaxalanarkən azyaşlı bacısı uşağının gözü qarşısında təhqir olunub və vəhşicəsinə  döyülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar