Senator Con Makkeyn Amerika Hərbi Dəniz Akademiyasının qəbiristanlığında dəfn edilib

03.09.2018, 08:07

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) tanınmış nüfuzlu senatoru, Vyetnam müharibəsi veteranı, iki dəfə prezidentliyə namizəd olmuş Con Makkeyn bazar günü Merilend ştatının Annapolis şəhərində təhsil aldığı ABŞ Hərbi Dəniz Akademiyasının qəbiristanlığında dəfn edilib.

 

Con Makkeyn 1958-ci ildə Hərbi Dəniz Akademiyasının məzunu olub.

 

Senatorun ailəsinin xahişi ilə vida mərasimi özəl şəkildə keçirilib.

 

Şənbə günü Vaşinqtonun Milli Kafedralında Amerika siyasətinin müxtəlif dairələrini təmsil edən bir sıra hazırkı və keçmiş rəsmi veteran-qanunverici senator Con Makkeynlə vida mərasimə qatılıb. ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Corc Buş söylədikləri nitqdə görkəmli siyasi xadim, senator Con Makkeynin xatirəsini anıblar.

 

 

 

Keçmiş prezident Obama 2008-ci ildə siyasi rəqibi və eyni zamanda dostu olmuş respublikaçı senatorun “daha yaxşı olmaq, daha yaxşı işləmək və millətin banilərinin irsinə daha layiq olmaq” üçün amerikalıları ruhlandırdığını deyib.

 

Keçmiş prezident Corc Buş isə Makkeynin “şərəfli bir insan olduğunu, hər zaman opponentlərinə hörmətlə davrandığını” bildirib.

 

 

 

Con Makkeyn Corc Buşla 2000-ci il ABŞ prezident seçkilərində rəqabət aparıb ona məğlub olmuşdu.

 

Milli Kafedralda vida mərasimində Con Makkeynin həyat yoldaşı Sindi Makkeyn, senatorun yeddi övladı və onun 106 yaşlı anası iştirak ediblər.

 

Con Makkeynin qızı Meqan Makkeyn nitqində ad çəkməsə də, prezident Trampın siyasətini tənqid edib.

 

 

 

“Con Makkeynin Amerikasını möhtəşəm etməyə ehtiyac yoxdur, çünki o həmişə möhtəşəmdir”, Meqan Makkeyn bildirib.

 

Mərasimdə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və keçmiş senator Co Liberman da çıxış edib.

 

Prezident Donald Tramp senator Con Makkeynin xatirə mərasimlərinə dəvət olunmayıb.

 

Beyin xərçənginin ağır formasından əziyyət çəkən 81 yaşlı Makkeyn keçən həftənin şənbə günü yaşadığı Arizona ştatında ailə üzvlərinin əhatəsində vəfat edib. (Amerikanın səsi)

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27