SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı: “İran ərazisinin 2 min kilometrliyində hərbi bazası olanlar bilməlidir ki, bizim raketlərin diqqəti çox yüksəkdir”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı: “İran ərazisinin 2 min kilometrliyində hərbi bazası olanlar bilməlidir ki, bizim raketlərin diqqəti çox yüksəkdir”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri sentyabrın 13-də jurnalistlərə açıqlamasında İran Kürdüstan Demokrat Partiyasının İraqın şimalındakı hərbi bazasına qarşı raket hücumunu dəstəkləyərək, Qərb ölkələrinə qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

Cəfəri bildirib ki, “Sepah”ın İraqda müxalif iranlı kürd yaraqlılarının hərbi bazasına raket hücumu, islam respulikasının düşmənlərinə göndərilən açıq bir mesajdır: “Biz həmin hücumda, Mərivan şəhərində “Bəsic” təşkilatının qərargahına qarşı həyata keçirilən son hücumda məzlumcasına öldürülənlərin intiqamını aldıq.

 

 “Sepah”ın bu hücumla terrorçulardan öz intiqamını alması, öz iyrənc niyyət və hədəflərini zorla bizə qəbul etdirməyi düşünən xarici düşmənlərimizə, o cümlədən də fövqəldövlətlərə verilən mənalı bir mesajdır. Hesab edirəm ki, İranın müqəddəs torpağının 2 min kiliometrliyində hərbi qüvvə və bazası olanlar bilməlidirlər ki, “Sepah”ın bütün raketlərinin diqqəti çox yüksəkdir”.

 

Xatırladaq ki, sentyabrın 8-i sübh saat 10:00 radələrində “Sepah” ın hava-kosmik və quru qüvvələri, İran Kürdüstan Demokrat Partiyasının İraqın şimalındakı Sancaq bölgəsində yerləşən hərbi bazasına 7 raket zərbəsi endirib. Hücum nəticəsində Kürdüstan Demokrat Partiyasının rəhbərliyində təmsil olunan 16 nəfər yerindəcə həlak olub, partiya üzvü olan 40-a yaxın peşmərgə yaralanıb. Hücumda İranın “Fateh 110” raketlərindən istifadə edilib.

 

 

Raket zərbələri nəticəsində ölənlər arasında, İran Kürdüstan Demokrat Partiyasının mərkəzi komitəsinin üzvləri olan Kərim Məhdəvi, İbrahim İbrahim, Nəsrin Həddad, Rəhman Piruti, Haşım Əzizi və Süheyla Qadirinin də olduğu bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar