SON XƏBƏRLƏR

Separatçılarla əməkdaşlıq edən şirkətlərin sayı artıb

2021.10.20, 07:36
Separatçılarla əməkdaşlıq edən şirkətlərin sayı artıb

Gunaz.tv
Separatçılarla əməkdaşlıq edən şirkətlərin sayı artıb "Azərbaycan həmin şirkətlərin sanksiyalara məruz qoyulması üçün müvafiq tədbirlərə əl atmalıdır" agdam.jpg Son vaxtlar işğal altındakı Azərbaycan ərazilərində fəaliyyət göstərən Dağlıq Qarabağ separatçılarıyla telekommunikasiya və s. sahələrdə əməkdaşlıq edən şirkətlərinin sayı artıb. Narahatlıq doğuran məqamlardan biri isə "Karabak Telekom"la əməkdaşlıq edən şirkətlər sırasında Türkiyənin ikinci mobil rabitə operatoru "Avea" şirkətinin də olmasıdır. Hazırda separatçılar xarici şirkətlərlə əlaqələrini gücləndirir və bunu təbliğat vasitəsinə çevirərək özlərinin uğuru sayırlar. Tural Azərbaycan ictimaiyyətinin nümayəndələri isə Xarici İşlər Nazirliyinin ermənilərlə işbirliyi quran şirkətələrə ciddi təsir etmək gücündə olmadığını düşünsələr də, belə qeyri-qanuni faliyyət göstərən şirkətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət olunmasını, onlara təzyiq üçün müəyyən yolların axtarılıb tapılmasını, ən azı həmin şirətlərin fəaliyyət göstərdiyi ölkələrdə onlara qarşı ictimai qınağın yaradılması məqsədilə addımlar atılmasını mümkün sayırlar. Eyni zamanda, erməni separatçılarıyla əməkdaşlıq quran xarici şirkətlərin hansısa formada sanksiyalara məruz qoyulmasını vacib sayırlar. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı xarici şirkətlərin erməni separatçılarıyla əməkdaşlığının ciddi narahatlıq doğurduğunu söylədi: "Belə bir təsəvvür yaranır ki, bu az qala qarşısıalınmaz bir prosesə çevrilir. Əslində nə Türkiyə şirkəti, nə də başqa dövlətlərin şirkətləri işğal olunmuş ərazilərə hansısa bir yatırım qoymaqda və ya ciddi işbirliyi yaratmaqda maraqlı deyillər. Məsələnin siyasi tərəfi var. Ermənistan çalışır ki, belə yolla Dağlıq Qarabağ münaqişəsini müəyyən dərəcədə beynəlxalq ictimai rəyə yeridib adiləşdirsin və bu nəzarətsiz ərazini beynəlxalq münasibətlərin, dünya birliyinin bir hissəsinə çevirsin". Akif bəyin sözlərinə görə, bu gün məsələnin mahiyyətini başa düşməliyik və xarici şirkətlərin separatçı ermənilərlə əməkdaşlığının qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə olunmalıdır. Bu vasitələrin təsirli olması üçün birinci növbədə dövlət səviyyəsində addımlar atılmalıdır. Çünki işğalçı dövlət bu işləri dövlət səviyyəsində həyata keçirir və istəklərinə də nail olur. Hüquqşünas Ələsgər Məmmədli xarici şirkətlərin separatçılarla əməkdaşlığının arzuolunmaz bir hadisə olduğunu söylədi: "Xüsusilə də Türkiyə şirkətinin belə addım atması bizi ən çox incidən, narahat edən məsələdir. Hesab edirəm ki, erməni separatçılarıyla əməkdaşlıq edən və sayları artan şirkətlərin fəaliyyətinin müqabilində Azərbaycan hökuməti və diplomatiyası çox ciddi şəkildə tədbirlər görməlidir. Yəni Azərbaycanın ərazi bütövlüyünü tanıyan bütün ölkələrin şirkətləri işğal olunmuş torpaqlarımızda hər hansı bir fəaliyyətlə məşğul olmamalıdır. Belə hal olsa, BMT-nin daxili nizamnaməsinə görə həmin şirkətlərin qeydiyyatdan keçdiyi, fəaliyyət göstərdiyi dövlətlər məsuliyyət daşıyır". Ekspertin sözlərinə görə, Azərbaycan diplomatiyası hərəkətə gəlməli və belə məsələlər beynəlxalq təşkilatlarda qaldırılmalıdır. Çünki separatçılarda əməkdaşlıq edən bu cür şirkətlərin rəsmi qeydiyyatı məhz öz dövlətlərinin ərazisindədir: "Bəzi dövlətlər, məsələn, Rusiya çalışır ki, şirkətlər vasitəsiylə erməni separatçılarıyla əlaqələri gücləndirsinlər. Amma BMT Nizamnaməsi, beynəlxalq konvensiyalar, hökumətlərarası müəyyən razılaşmalar var. Rəsmi Bakı bu beynəlxalq müqavilələri, razılaşmaları pozan şirkətlərin mənsub olduğu ölkələrə qarşı sərt üzünü göstərməlidir. Əks halda, belə məsələlərə göz yumsaq, daha ciddi problemlərlə üzləşəcəyik". Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov da erməni separatçılarıyla əməkdaşlıq edən şirkətlərlə bağlı əməli tədbirlərə keçməyi vacib saydı: "Təəssüf ki, adətən hökumətimiz proseslərin arxasınca sürünmək məcburiyyətində qalır. Yəni Dağlıq Qarabağ ətrafında müəyyən proseslər gedir və xarici siyasətimiz iş-işdən keçəndən sonra bu məsələlərə diqqət yetirir, həmin vaxt isə hansısa bir addımın nəticəsi olmur. Türkiyənin "Avea"şirkətinin isə separatçı qurumla belə əməkdaşlıq etməsini isə gözləmirdik. Amma biznes sahəsi və pul qazanmaq həvəsi bəzən şirkətlərində gözünü örtür və onlarda milli heysiyyatı arxa plana keçirir". Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyevin sözlərinə görə, artıq erməni separatçılarıyla əməkdaşlıq edən şirkətlərlə bağlı faktlar kütləvi hal alıb: "Bunlar təsadüfi deyil, təsadüf bir və yaxud iki dəfə olar. Oxşar hadisələr təkrarlanırsa, demək bunun arxasında xüsusi siyasət dayanır. Yəni ermənilər beynəlxalq ictimai rəyi bu məsələyə kökləməyə çalışırlar. Artıq lazımi tədbirlər görülməlidir, bununla bağlı əsas məsuliyyət hökumətin üzərinə düşür. Hadisələrin arxasınca sürünməyə son qoymalıyıq. Həmin şirkətlərin qeydiyyatdan keçdiyi dövlətlər qarşısında qəti tələblər qoyulmalıdır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar