SON XƏBƏRLƏR

Sərkisyan liman axtarır

2021.10.20, 07:36
Sərkisyan liman axtarır

Gunaz.tv
Sərkisyan liman axtarır Krımda Ukrayna və Ermənistan prezidentlərinin görüşü olub Dünən Krımda Ukrayna prezidenti Viktor Yuşşenko ermənistanlı həmkarı Serj Sərkisyanla görüşüb. Görüşdə Kerç-Batumi və Kerç-Poti bərə dəhlizinin yaradılması imkanları müzakirə edilib. Ermənistan Gürcüstan və Ukrayna limanlarından yararlanmaqla Avropaya çıxmağa can atır. Kerç-Batumi və Kerç-Poti bərə dəhlizləri Mərkəzi Asiya və Qafqaz regionundan daşınan yüklərin Ukraynadan keçməklə Avropaya çatdırılmasını nəzərdə tutur. Artıq bu dəhlizin yaradılmasına və Kerç limanının yenidən qurulmasına 1,6 milyon dollar ayrıb. ----------------------------------------------------------------- ABŞ Konqresi qaradərililərdən üzr istədi ABŞ Konqresinin Nümayəndələr Palatası dünənki iclasında açıq səsvermə ilə "Birləşmiş Ştatlar ərazisində quldarlıqla seqreqasiyanın fundamental ədalətsizliyi, qəddarlığı və insana zidd xüsusiyyətləri"nə görə üzrxahlığın yer aldığı qətnaməni qəbul edib. Qətnaməni Konqresdə Texas ştatının Memfis şəhərini təmsil edən demokrat konqresmen Stiv Koen təklif edib. Bu şəhərin sakinlərinin əksəriyyəti qaradərililərdir. Qətnamə layihəsinin hazırlanmasında 120 konqresmen, o cümlədən 2 respublikaçı millət vəkili də iştirak ediblər. Avqustun 7-də Memfis şəhərində Konqresə seçkilər ərəfəsində Demokrat Partiyasının praymerizi (ilkin seçkilər) keçiriləcək. Seçkilərdə S.Koenin rəqibi 3 qaradərili siyasətçidir. ABŞ-da mövcud olmuş quldarlıq və plantatorluğa görə bir qədər əvvəl qaradərililərdən Virciniya, Şimali Karolina və Alabama ştatlarının konqresləri üzr istəmişdilər. Vaxtilə həmin ştatlarda qul əməyindən geniş istifadə edilən ən böyük plantasiyalar yerləşirdi. Bu ilin fevral ayında ABŞ Konqresi hindular, daha sonra da havaylılardan onların 1893-ci ildə müstəqillikdən məhrum edilməsi üçün; yanvarda isə İkinci Dünya Savaşında məruz qaldıqları məcburi köçürülmələrə görə yapon əsilli amerikalılardan üzr istəmişdi. 2005-ci ildə isə Konqres linç məhkəmələrini qadağan edəcək qanun qəbul etmədiyinə görə bütün amerikalılar qarşısında xüsusi qətnamə ilə üzrxahlıq etmişdi. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar