SON XƏBƏRLƏR

Şərqi Azərbaycan: Miyanada dəmiryolu işçiləri əmək haqlarını ala bilmir

2021.10.20, 07:36
Şərqi Azərbaycan: Miyanada dəmiryolu işçiləri əmək haqlarını ala bilmir

Gunaz.tv

GünAz TV: Miyana-Ərdəbil dəmiryolunun 1 nömrəli emalatxanasında çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmir.

 

“Azərbaycanlı işçilər” Teleqram kanalının yaydığı məlumata görə, bu barədə əmək haqlarını ala bilməyən işçilər məlumat verib.

 

Emalatxanada təxminən 120 işçinin çalışdığı bildirilir.

 

Deyilənlərə görə, işçilərinin əmək haqqını ödəmək iqtidarında olmayan emalatxana maliyyə sıxıntılarından dolayı yarı fəal vəziyyətdə işləyir.

 

Məlumata görə, işçilərin yazılı və şifahi müraciətlərindən sonra çərşənbə axşamı günü Miyana Əmək İdarəsinin rəisi və şəhər prokuroru sözügedən emalatxanaya baş çəkib. Məsullar işçilərin tələbləri üzrə araşdırma aparılacağını bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar