Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 350 nəfərə çatıb

26.04.2020, 13:38

GünAz TV: İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 348 nəfər olub.

 

 

Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi son dörd gündə 30 nəfərin koronavirus infeksiyasından öldüyünü açıqlayıb. Onun sözlərinə görə,  Şərqi Azərbaycanda xəstəliyə yoluxanların sayı isə 4411 nəfərə çatıb.

 

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş da son 24 saatda daha doqquz nəfərin koronavirusa yoluxduğunu, infeksiyadan əziyyət çəkənlərin ümumi sayının 944 nəfərə çatdığını bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 96 olub.

 

  

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə isə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 159 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 62 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 2349 nəfərə çatıb. O, həmçinin əyalətdə xəstəliyə yoluxanlardan 1307 nəfərinin sağaldığını qeyd edib. 

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. 

  

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədan və Qəzvin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07

gun az article

Güneyli rejissorlardan daha bir uğur: Beynəlxalq festivalda mükafat qazandılar-VİDEO

2021-12-07

gun az article

Təbrizin ekoloji problemləri ilə bağlı həyəcanlı açıqlama: Millət vəkili hökuməti tənqid etdi

2021-12-07

gun az article

Təbrizli ixtiraçı hökuməti tənqid etdi

2021-12-06