SON XƏBƏRLƏR

Səudiyyə kralı Qətər əmirini Körfəz ölkələrinin sammitinə dəvət edib

2021.10.20, 07:36
Səudiyyə kralı Qətər əmirini Körfəz ölkələrinin sammitinə dəvət edib

Gunaz.tv

GünAz TV: Qətər əmiri Təmim bin Hamad əl Tani Səudiyyə Ərəbistanı kralı Salman Əbdül Əziz əs-Səuddan diplomatik ələqələrin kəsilməsinə baxmayaraq, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının dekabrın 9-da Ər-Riyadda keçiriləcək sammitinə dəvət alıb.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı çərşənbə axşamı Qətər xəbər agentliyi yayıb.

 

Əmirin bu dəvəti qəbul edib-etmədiyi barədə məlumat verilmir. Lakin bir müddət əvvəl Qətər hökumətinin media ofisinin nümayəndəsi bildirib ki, Doha qonşularla yaranmış istənilən fikir ayrılığının həlli üçün həmişə açıq etimad dialoquna çağırıb.

 

Bundan əvvəl Qətərin 2019-cu ildə OPEC-dən çıxacağı bəyan edib.

 

Qeyd edək ki, 2017-ci ilin iyunundan bəri Səudiyyə başda olmaqla, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərlə diplomatik əlaqələri kəsmişdi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar