SON XƏBƏRLƏR

Hüseyn Əmir Abdullahiyan İran-Amerika birbaşa danışıqlarının mümkünlüyündən danışıb

2022.01.25, 10:59
Hüseyn Əmir Abdullahiyan İran-Amerika birbaşa danışıqlarının mümkünlüyündən danışıb

Gunaz.tv

O, bu barədə yanvarın 24-də mediaya açıqlamasında bildirib.

Bundan əvvəl Vyanada İranla Amerika arasında birbaşa danışıqların aparılması ilə bağlı tələb və təklifləri rədd edən rəsmi Tehranın sözçüsü deyib ki, əgər yaxşı bir razılaşmanın əldə olunması üçün zərurət yaranarsa, İran Amerika nümayəndələri ilə birbaşa danışıqlar aparması məsələsinə yenidən baxacaq.

“Hazırda bizim Vyana danışıqlarımız elə bir nöqtəyə çatır ki, bizim bir sıra texniki mövzularla bağlı müzakirələrimiz yaxın vaxtlarda yekun mərhələsinə çatacaq və biz hesab edirəm ki, siyasi qərarımızı verməliyik. 

Məhz buna görə də hesab edirəm ki, əgər yaxşı və yüksək zəmanətli bir razılaşmaya çatmaq üçün ehtiyac və zərurət yaranarsa biz Amerika nümayəndə heyəti ilə birbaşa danışıqlar apara bilərik”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar