İsfahan Yol Polisinin rəisi Əsğər Zare mediaya açıqlamasında deyib ki, hadisə Nain-İsfahan magistral yolunda yüksək sürətlə hərəkət edən “Pejo-Pars” markalı minik avtomobili sürücüsün səhvi və yol qaydalarına riayər etməməsi səbəbilə baş verib.
“Qəza nəticəsində avtomobilin 5 sərnişini yerindəcə həlak olub, TIR sürücüsü isə bədən xəsarəti alıb”, -deyə İsfahan Yol Polisinin rəisi Əsğər Zare bildirib.
Bu gün səhər saatlarında İranın Kirman əyalətində də ağır yol qəzası baş verib. Yayılan məlumata görə, Bəm-Kirman magistral yolunda sürətlə hərəkət edən və qanunsuz Əfqanıstan qaçqınlarını daşıyan kiçik yük avtomobil naməlum səbəbə görə yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 3 Əfqanıstan vətəndaşı hadisə yerində həlak olub, 8-i isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.
A.M