İsfahanda gərginlik: Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

26.11.2021, 14:24

İranın İsfahan şəhərində əkinçilərin və şəhər əhalisinin susuzluğa və hökumətin tarixi Zayəndərud çayını qurutmasına qarşı kütləvi etirazları davam edir.

Gunaz.tv Quote | Gunaz article

Sosial şəbəkələrdə və müxtəlif mediada yayılan məlumata görə, polis və mülki geyimli təhlükəsizlik qüvvələri bu gün səhər saatlarından çayın ətrafında toplaşan dinc etirazçılara qarşı daha aqressiv davranaraq, onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yayılan məlumatlara əsasən, polis qüvvələrinin dinc əhaliyə qarşı zorakılığına baxmayaraq, minlərlə etirazçı qurudulmuş Zayəndərud çayının ətrafında toplaşaraq rejimə qarşı şüarlar səsləndirir, hökumətdən yerli əhalinin suya, o cümlədən də içməli suya olan ehtiyacını təmin etməsini tələb edirlər.

Bildirilir ki, bəzi yerlərdə polis qüvvələrinin zorakılığa əl atmasına və əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə etməsinə müqavimət göstgərən etirazçılar özlərini qorumaq üçün polisə daş atır, ölkə rəhbərlərinin səriştəsizliyinə qarşı şüarlar səsləndirirlər.

Bəzi yerlərdə isə polislə etirazçılara arasında qarşıdurmaların baş verdiyi bildirilsə də, etirazlarda mümkün həbslərin baş verib-verilməməsi barədə hələlik hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, dünən səhər saatlarında polis və təhlükəsizlik qüvvələri iki həftədən bəri Zayəndərud çayının ətrafında çadır quraraq oturaq etiraz aksiyası keçirən dinc etirazçılara qəfil hücum etmiş, onları vəhşicəsinə döydükdən sonra çadırlarını yandırmışdılar. 

Image

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

2022-11-30

gun az article

Ana dili fəalı Əlirza Fərşi aclıq aksiyası keçirəcək

2022-11-30

gun az article

Urmu zindanında milli fəal Davud Kabalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

2022-11-30

gun az article

Təbrizdə universitet müəllimləri tələbələri dəstəklədi

2022-11-29

gun az article

Həmədanda boşanma sayı artıb

2022-11-29

gun az article

Azərbaycanlı fəal Pərisa Söhrabi qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-11-29

gun az article

“Parlaq gələcək”də müzakirə: “Azər ayı və Güney Azərbaycan”-VİDEO

2022-11-29

gun az article

Həmədanda 234 nəfər etirazçı haqqında ittihamnamə hazırlanıb

2022-11-29

gun az article

Güneyli yeniyetmə həbsdən buraxıldıqdan sonra intihar etdi

2022-11-29

gun az article

Təbrizdə tarixi tikili dağıdılıb

2022-11-28

gun az article

Xoyda media fəalı həbs edilib

2022-11-28

gun az article

Güneyli mühacir: "Molla rejimi gedəndən sonra doğulduğumuz yerlərə qayıdacağıq"

2022-11-28

gun az article

Güneyli işçi hərəkatı fəalı və siyasi məhbus Rza Şəhabinin durumu ağırlaşıb

2022-11-28

gun az article

Xameneyinin bacısı qızından çağırış: "Qatil rejimə dəstək verməyin"

2022-11-28

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranda hakimiyyət daxili parçalanma” və “Geosiyasi dəyişimdə Güney Azərbaycan” -VİDEO

2022-11-28

gun az article

Xoylu milli fəal Cavad Əhmədi həbsxanaya köçürülüb

2022-11-28

gun az article

“Dəyirmi masa”da müzakirə: “İranın cinayətlərinə həqiqət axtaran komitə yaranıb” və  “İranın Azərbaycanla düşmənçiliyi davam edir”-VİDEO

2022-11-27

gun az article

Binablı gəncə Ümid Ağacani zindanda işgəncə edilib

2022-11-27

gun az article

Qardaşı öldürülən azərbaycanlı məhbus Məhəmməd Heydərinin həyatı təhlükədədir

2022-11-27