SON XƏBƏRLƏR

Soyuq Güney Azərbaycan kənd təsərrüfatına 13 milyon dollardan çox ziyan vurub

2021.10.20, 07:36
Soyuq Güney Azərbaycan kənd təsərrüfatına 13 milyon dollardan çox ziyan vurub

Gunaz.tv

GünAz TV: Son günlər havaların kəskin soyuması nəticəsində Şərqi Azərbaycanın kənd təsərrüfatına 220 milyard tümən ($13.6 milyon) ziyan dəyib.

 

Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının rəisi Əkbər Fəthi bildirib ki, son günlərdə soyuq hava şəraiti və düşən dolu əyalətin 14 rayonunda bağlara və əkin yerlərinə bir çox ziyan vurub.

 

O, əlavə edib ki, Şərqi Azərbaycan əyalətinin 10 min hektar təsərrüfat ərazisinə 10-80 faiz arasında ziyan dəyib. Bunlardan 3 min 500 hektarı əkin yerləri, 6 min 500 hektarı isə bağlardır.

 

Kənd Təsərrüfatı Təşkilatının rəisi aprelin 16-sından əyalətdə yenidən temperaturun aşağı düşəcəyinin gözlənildiyini bildirərək, təsərrüfata dəyən ziyanın artması ilə bağlı xəbərdarlıq edib.

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar