GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İrana qarşı birlik qurulur
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Şolts enerji təchizatı sabitliyinə töhfəsinə görə Azərbaycana təşəkkür edib
İsrail Hizbullahın obyektlərinə zərbələr endirməyə davam edir
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib
ABŞ təşkilatları Ermənistanda yeni AES-in tikintisi ilə bağlı tədqiqatlarda iştirak edir
Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb
Mollalar hicaba riayət etməyənlərə qarşı dolayı müahribə elan ediblər
Kirmanda sosial media fəalları həbs edilib
Tarixi qala baxımsız qalıb
ABŞ İranın əleyhinə yeni sanksiyalar tətbiq edib
Kərəc və Saqqız şəhərlərində 4 məhkum edam edilib
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
KİV: İspaniya Ukraynaya “Patriot” raketləri göndərəcək
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
ABŞ, Britaniya və Kanada İrana qarşı sanksiya tətbiq etdi
Dünya ölkələri girovlarla bağlı HƏMAS-a müraciət etdi
SON DƏQİQƏ: Avropa Parlamenti İran əleyhinə qətnamə qəbul edib
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb
İranla Rusiya təhlükəsizlik anlaşması imzalayıblar
Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
Məqaləni təqdim edirik:
Azərbaycan İranın yük avtomobillərinə cərimə və həbslər qoyandan, İran Azərbaycanla sərhədə qoşun yığıb öz qonşuluğunda İsrailin təzahürünə yol verməyəcəyi barədə xəbərdarlıq edəndən bəri İranla Azərbaycan arasında gərginlik xeyli artıb.
Avqustda İranın səfiri yük maşınlarının Qarabağa Azərbaycanın icazəsi olmadan keçməsi kimi xoşagəlməz hallarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub. Daha sonra nazirliyin açıqlamasında bildirilib ki, İran tərəfi bu sayaq insidentlərə son qoymaq üçün addımlar atacaq.
“Azadlıq” radiosunun məlumatına görə, yük maşınları Ermənistanın Qafan və Gorus rayonları arasındakı yolla hərəkət edib, bu yol isə ötən il Dağlıq Qarabağdakı müharibədən sonra Azərbaycana qaytarılmış ərazi ilə qismən kəsişir. Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bu yol Ermənistanla İranı birləşdirən yeganə yoldur.
Sentyabr ayında Azərbaycan qüvvələri nəzarət-buraxılış məntəqəsi quraraq İranın kommersiya şirkətlərinin həmin yoldan keçən yük maşınlarını yoxlamağa, onlardan rüsum tutmağa başlayıb. Hətta yük maşınlarının bəzi sürücüləri həbs edilib.
Azərbaycanın rəsmi şəxsləri bəyan ediblər ki, Azərbaycan qanunlarına əsasən, tək İranın deyil, bütün xarici dövlətlərin nəqliyyat vasitələri ölkəyə daxil olarkən yol və tranzit haqqı ödəməlidir.
Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində prezident İlham Əliyev İranın yük maşınlarının Azərbaycan ərazisi ilə hərəkətini davam etdirməsindən narazılığını bildirib və belə bir sual verib ki, görəsən nə üçün İran vur-tut 25 min nəfərin yaşadığı bölgə ilə ticarəti davam etdirməyə israr edir? Əliyev deyib: “Yəni bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?”
Gərginliyi artıran bir səbəb də son zamanlar Azərbaycanla Türkiyənin Xəzər dənizində keçirdiyi birgə hərbi təlimlərdir. İranın Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, belə təlimlər sahilyanı beş ölkədən savayı hər hansı dövlətin Xəzərdə hərbi iştirakını yasaqlayan beynəlxalq konvensiyaya ziddir.
“Anadolu” agentliyinə müsahibəsində prezident İlham Əliyev İranın Azərbaycan sərhədi yaxınlığında hərbi təlim keçirməsinin çox təəccüb doğuran məsələ olduğunu vurğulayıb. O deyib ki, Azərbaycanın 30 illik müstəqilliyi dönəmində belə hadisə olmayıb.
Əliyev qeyd edib ki, hər bir ölkə öz ərazisində hərbi təlim keçirə bilər, bu onun suveren hüququdur. Lakin o, eyni zamanda soruşub ki, təlimlər nə üçün məhz indi keçirilir?
Prezident diqqətə çatdırıb ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal görmək istəmir və Azərbaycanın legitim addımlarına verilən emosional reaksiyanın müvəqqəti xarakter daşıdığına ümid edir.
Azərbaycan prezidentinin müsahibəsindən sonra İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bəyan edib ki, Əliyevin dedikləri onlar üçün gözlənilməz olub, çünki belə məsələlər kütləvi informasiya vasitələri ilə yox, müvafiq kanlallarla yoluna qoyulmalıdır.
İranın təlimlərinə gəlincə, Xətibzadə deyib ki, bu, “regionda təhlükəsizliyin müdafiəsi”nə yönəlib. Xətibzadə əlavə edib ki, İran “öz sərhədləri yaxınlığında İsrail rejiminin təzahürünə dözməyəcək” və “öz milli təhlkəsizliyinin təminatı üçün zəruri olan bütün addımları atacaq”.
İRNA agentliyinin yaydığı məlumata görə, bugünlərdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasında iştirak edərkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova deyib ki, iki ölkə arasında münasibətlərin müsbət olması vacibdir və “bəzi üçüncü ölkələrin” bu münasibətlərə mənfi təsir etməsinə imkan verilməməlidir.
Bir çoxlarının fikrincə, “üçüncü ölkə” deyiləndə Azərbaycanın dostu, İranın düşməni olan İsrail nəzərdə tutulur.
İran İnqilab Keşikçiləri Korpusuna yaxın “Tasnim” agentliyinin məlumatına görə, sentyabrın 28-də korpusun quru qoşunları komandanı Məhəmməd Pakpur deyib ki, İran qonşu ölkələrin “sionist rejiminin vəhşiliklərindən ötrü bir yuvaya çevrilməyəcəyinə” ümid edir: “İran İslam Respublikası ümid edir ki, qonşuluqdakı sərhəd bölgələr həm ayrı-ayrı dövlətlər, həm də bütövlükdə region üçün təhlükəsiz və etibarlı məkan olacaq. Ümid edirik ki qonşularımız öz torpaqlarını kənar qüvvənin, o cümlədən müsəlman xalqlarına qarşı hiyləsi və kini bəlli olan sionist rejiminin cinayət məqsədlərinə çatması üçün meydana çevirməsinə imkan verməyəcəklər”.
Pakpur əlavə edib ki, İsrailin müsəlman ölkələri arasında parçalanma və fikir ayrılığı yaratmaq məqsədilə “regionun bəzi dövlətlərinə” yardım etdiyinə şübhə yoxdur: “Biz üçüncü ölkələrin təsiri altında olan bəzi dövlətlərin İranın döyüş bölmələrinin hərbi hazırlığını gücləndirməsi barədə təxribat xarakterli, reallıqdan uzaq bəyanatlar yayması, əməliyyatlarımıza xələl gətirməyə çalışması ilə barışa bilmərik”.
Pakpurun sözlərinə görə, İran region ölkələrinin son aylarda keçirdiyi 37 təlimə reaksiya verməyib, çünki hər dövlətin suveren hüququna hörmətlə yanaşır.
“Fars” informasiya agentliyinin məlumatına görə, İranın Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri bildirib ki, oktyabrın 1-dən İranın şimal-qərbində başlanan “Xeybər fatehləri” adlı təlimlərdə məqsəd silahları, hərbi texnikanı sınaqdan keçirmək, silahlı qüvvələrin istənilən meydanda, o cümlədən İran sərhədlərindən kənarda döyüş hazırlığını yoxlamaqdır.
Təlimin adı vaxtilə Məhəmməd peyğəmbərin başçılığı ilə Xeybər ərazisində yəhudilərə qarşı aparılan, sonda müsəlmanların qələbəsi, yəhudilər üzərində vergi öhdəliyi qoyulması ilə nəticələnən döyüşə işarə ola bilər.
İranın ali lideri Əli Xamneyiyə yaxın “Keyhan” qəzetində dərc edilmiş məqalədə ABŞ, Türkiyə, Azərbaycan, Ermənistan və İsrail arasında ehtimal olunan “gözəgörünməz ittifaq”a qarşı xəbərdarlıq yer alır. İddia olunur ki, bu “ittifaq” İrana və Rusiyanın bölgədəki siyasi çəkisinə ciddi təsir göstərə bilər.
“Keyhan”dakı məqalənin müəllifi yazır ki, Türkiyə və Azərbaycan İranın ona qarşı yönəlmiş qəsdi çox sərt formada pozacağını bilməlidir.
Sentyabrın 28-də İranın Kəşfiyyat Nazirliyi düşmən dövlətlərin kəşfiyyat xidmətlərinin dəstəklədiyi və yönləndirdiyi “terrorçu” qrupun liderini öldürdüyünü iddia edib.
İran mediasının məlumatına görə, guya həmin qrup İranın həssas, həyati əhəmiyyətli obyektlərinə zərbə endirməyi planlaşdırıbmış və xüsusi xidmət orqanları qrupun bütün üzvlərini həbs edib.
İranın dövlət televiziyası İRİB bu barədə xəbər yayarkən “terrorçu” qrupun “qonşu dövlətlərin birində” silahlandırıldığını iddia edib və bu zaman Bakının fotoşəklini göstərib. Çox güman, bununla televiziya qrupun Azərbaycanda silahlandırılmasına eyham vurub.
Azərbaycanla İsrailin sıx əlaqələri var. Prezident İlham Əliyev may ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzindəki çıxışı zamanı İsraillə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesi kimi vacib sahədə sıx əməkdaşlığın olduğunu söyləyib. O deyib ki, Azərbaycanın İsrailin müdafiə xarakterli məhsullarına tam çıxışa malik olduğu sirr deyil.
Məlumatlara görə, Azərbaycan ötən il Qarabağda 44 günlük müharibə zamanı İsrail istehsalı olan silahlardan, o cümlədən LORA raketi və “Harop” pilotsuz uçuş aparatından istifadə edib. (modern.az)
Ayxan
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Tarixi qala baxımsız qalıb
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail niyə İsfahanı hədəf aldı?
Güneyli aktivist məzuniyyətə göndərilib
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb