SON XƏBƏRLƏR

İranın Türkiyədə İsrail hədəflərinə hücum cəhdlərinin qarşısı alınıb

2022.06.13, 03:49
İranın Türkiyədə İsrail hədəflərinə hücum cəhdlərinin qarşısı alınıb

Gunaz.tv

Bu barədə iyunun 12-də İsrailin “Kan” televiziya kanalı xəbər yayıb.

Məlumata görə, İsrail təhlükəsizlik rəsmiləri Ankara rəsmilərinə Türkiyə torpaqlarında İsrail hədəflərinə hücum etmək niyyətləri barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan kömək istəyib.

“Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”-deyə, “Kan” televiziyası bildirib.

İsrailin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan Respublikası və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar