SON XƏBƏRLƏR

Əfşar Mohebin müvəqqəti azadlığa buraxılmasına razılıq verilmədi

2022.01.14, 08:00
Əfşar Mohebin müvəqqəti azadlığa buraxılmasına razılıq verilmədi

Gunaz.tv

Bölmənin müstəntiqi Hatif Qasımzadə təyin olunan 50 milyon tümənlik girov qarşılığında Əfşar Mohebin müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmasına razılıq verməyib.

Qeyd edək ki, ərdəbilli milli fəal üçün təyin olunan 50 milyon tümənlik vəsiqənin ödənilməsindən 23 gün keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə və qanuna zidd olaraq onun sərbəst buraxlmasına imkan verilmir.

 Ərdəbilli milli-mədəni fəal Əfşar Mohib dekabrın 22-i günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib. 

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib. 
Əfşar Mohib qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu qeyd edib. 

Mohib bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib. 

Onun saxlanılma və dindirilməsi barədə məhkəmə hökmü tələb etməsinə, qanunsuz saxlanılmasına etiraz etməsinə baxmayaraq, saxlanılma səbəbi və barədə heç bir məlumat ala bilməmiş və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar