Ordeni İlham Əliyevə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Ərdoğan qazanılmış Zəfər münasibətilə Azərbaycan Prezidentini təbrik edib.
Prezident İlham Əliyev çıxışında həmkarlarına, R.T.Ərdoğana təşəkkürlərini çatdırıb.
“Türk Dünyasının Ali Ordenini aldığım üçün böyük qürur hissi keçirirəm. Təbii ki, eyni zamanda özümü böyük məsuliyyət altında hiss edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı belə deyib.
Ayxan