Stiven Mnuçin: “İrana qarşı maksimum təzyiq siyasəti öz təsirini göstərməkdədir”

13.09.2019, 10:12

GünazTV: ABŞ-ın maliyyə naziri Stiven Mnuçin sentyabrın 12-də CNBC telekanalına müsahibəsində Vaşinqtonun İrana qarşı maksimum təzyiq siyasətindən və Trampın iranlı həmkarı Həsən Ruhani ilə mümkün görüşündən danışıb.

 

Mnuçun deyib ki, Tramp hökumətinin İran rejiminə qarşı yürütdüyü təzyiq siyasəti artıq öz bəhrəsini verməyə başlayıb: “İrana qarşı maksimum təzyiq siyasəti öz təsirini göstərməkdədir. Elə bunna görə də hesab edirik ki, İran gec-tez danışıqlar masası arxasına qayıdacaq.

 

Hazırda yürütdüyümüz maksimum təzyiq siyasəti, İranla bütün ticari əlaqə və sövdələşmə yollarının bağlanmasına səbəb olub. Mən də daxil olmaqla Ağ Ev rəsmiləri, o cümlədən də dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik komandası İrana qarşı maksimum təzyiq siyasəti yürüdülməsinin lazım olması barədə eyni fikirdəyik.

 

Prezident Trampın iranlı həmkarı Həsən Ruhani ilə BMT Baş Assambleyasında mümkün görüşünə gəlincə, yalnız onu deyə bilərəm ki, ABŞ prezidenti hər hansı bir ilkin şərt irəli sürmədən Ruhani ilə görüşməyə hazırdır. Lakin onun belə bir görüş üçün konkret bir planı yoxdur” –deyə Amerikanın maliyyə naziri Stiven Mnuçin əlavə edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycan əyalətində onlarla kəndin yolu bağlanıb

2022-01-28

gun az article

Zənganda dəmir yolu işçiləri tətilə başlayacaq-4 aydır onların əmək haqqı verilmir

2022-01-28

gun az article

Sərəskənddə inşasına 15 il bundan öncə başlanan “Səhənd” su bəndinin tikintisi yarımçıq qalıb

2022-01-28

gun az article

Qəzvinin sement zavodunda güclü yanğın -VİDEO

2022-01-28

gun az article

Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

2022-01-28

gun az article

Ərdəbildə yolların açılması üçün texnika çatışmır

2022-01-28

gun az article

Qərbi Azərbaycanda kənd adı kürdləşdirilib

2022-01-28

gun az article

İranın dövlət televiziyasına kiber hücum edilib

2022-01-28

gun az article

Əlirza Fərşi “Bina” xəstəxanasına aparılıb: Milli fəal gözündən əməliyyat olunub

2022-01-28

gun az article

Təbrizdə türk dilində "Koroğlu" tamaşası səhnəyə qoyulub

2022-01-28

gun az article

Güney azərbaycanlı dəmir yolu işçiləri tətil aksiyasına başlayır

2022-01-27

gun az article

Qərbi Azərbaycanda istehsal müəssisələrinin çoxu fəaliyyətini dayandırıb

2022-01-27

gun az article

Urmu zindanında iki nəfər edam edilib

2022-01-27

gun az article

Ərdəbil əyalətinin su və kanalizasiya xətləri köhnədir

2022-01-27

gun az article

Məlikanda bir neçə hökumət məmuruna qarşı cinayət işi açılıb

2022-01-27

gun az article

Şərqi Azərbaycanda koronovirusun yeni ştammına yoluxanlar çoxalıb-Ölənlər var

2022-01-27

gun az article

Ərdəbildə yolların bağlı olması yeniyetmənin ölümünə səbəb oldu

2022-01-27

gun az article

Urmu gölünün sahəsi dahada kiçilib

2022-01-27

gun az article

Xoy zindanında saxlanılan milli fəal sərbəst buraxılıb

2022-01-27

gun az article

Qərbi Azərbaycanda 6 tarixi abidə milli əsərlər siyahısına salındı

2022-01-26