SON XƏBƏRLƏR

Sülhməramlı münaqişə.Gürcüstanla Rusiya arasında "pərdələr" tamam götürülüb

2021.10.20, 07:36
Sülhməramlı münaqişə.Gürcüstanla Rusiya arasında "pərdələr" tamam götürülüb

Gunaz.tv
Sülhməramlı münaqişə Gürcüstanla Rusiya arasında "pərdələr" tamam götürülüb Rusiya ilə Gürcüstan arasında gərginlik və "söz müharibəsi" səngimək bilmir. "RİA Novosti"nin məlumatına görə, ötən gün rəsmi Moskva gürcü-abxaz münaqişəsi bölgəsində rusiyalı sülhməramlıların Gürcüstan polisi tərəfindən saxlanılmasına sərt reaksiya bildirib. Müdafiə Nazirliyində gürcü polisinin hərəkətləri təxribat kimi qiymətləndirilib. Gürcüstan saxlanılmış sülhməramlıları azad etsə də, Moskva onlara mənsub silah-sursatı da qaytarmağı tələb edir. Bütün bu hadisələr sülhməramlılarla bağlı ziddiyyətləri daha da qızışdırıb. Maraqlıdır ki, Gürcüstan Rusiyanın və onun sülhməramlılarının bitərəfliyinə şübhəylə yanaşır, Moskva isə iddia edir ki, sülhməramlılar olmasa, bölgədə vəziyyət partlaya bilər. Tbilisidə qeyd edirlər ki, sülhməramlılar bölgəyə qadağan edilmiş silah keçirmək istəyiblər. Moskva isə iddia edir ki, sülhməramlılar bölgədə silahlı qarşıdurmanın qarşısı alınması üçün istənilən silah-sursata malik ola bilərlər. Rusiyanın Quru qoşunları komandanının köməkçisi İqor Konaşenkoya görə, son hadisələr quraşdırılmış təxribatdır: "Bu, Gürcüstan xüsusi xidmət orqanları tərəfindən quraşdırılmış təxribatdır və onun məqsədi Rusiya sülhməramlılarını gözdən salmaqdır. Bu, bölgədə gərginlik yaradır, tərəflərin bir birinə etimadını qırır və dinc nizamlanma prosesini çətinliyə salır". Sülhməramlı qüvvələr məsələsi Rusiya üçün kifayət qədər həssas sayılır. Rəsmi Moskva dəfələrlə Xarici İşlər və Müdafiə nazirliklərinin diliylə bəyan edib ki, bölgədəki sülhməramlı qüvvələr həyati əhəmiyyət kəsb edir. Bu qüvvələrin çıxarılması bölgədə vəziyyəti partlada bilər. Bu baxımdan, Rusiya Gürcüstanın etirazlarına baxmayaraq bölgədən öz sülhməramlılarını çıxarmaq fikrində deyil. Əksinə, son həftələr ərzində sülhməramlıların sayı xeyli artırılıb. Düzdür, bir çox şərhçilərin qənaətincə, sülhməramlılar Rusiyanın bölgədə maraqlarının təmin olunması işində əsas hərbi-siyasi alətdir və Moskva sona qədər bu aləti saxlamağa çalışacaq. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar