SON XƏBƏRLƏR

Sülhməramlılarımızın növbəti uğuru.İ. RÜSTƏMOV

2021.10.20, 07:36
Sülhməramlılarımızın növbəti uğuru.İ. RÜSTƏMOV

Gunaz.tv
Sülhməramlılarımızın növbəti uğuru İ. RÜSTƏMOV ibrahim_040308.jpg Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dünyanın bir sıra aparıcı dövlətləri tərəfindən də dəstəklənməkdədir. Bu günlərdə Böyük Britaniyanın ticarət və investisiya naziri lord Diqbi Cons keçirdiyi son mətbuat konfranslarından birində bu mühüm və strateji əhəmiyyətli məsələyə toxunaraq bildirmişdi ki, bu əsrdə Xəzər hövzəsi dövlətləri, o cümlədən Azərbaycan əlində olan valyuta imkanları hesabına dünyanın güc dövlətləri sırasına daxil olacaq. Adıçəkilən ölkənin digər bir rəsmisi, Avropa məsələləri üzrə nazir, parlament üzvü Cim Mörfi də Azərbaycanla bağlı fikirlərini açıqlayarkən digər vacib bir məsələyə toxunaraq ölkəsinin mövqeyini aydın və konkret şəkildə ifadə etmişdir. Bildirmişdir ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, orta məxrəcə gəlməklə həllini istəyir. Bu mövzunun ən fundamental hissəsi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə obyekti ola bilməz. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu həm Böyük Britaniya, həm də dünya ictimaiyyəti qəbul edir. Ümumiyyətlə, təkcə Azərbaycana deyil, bütövlükdə türk dünyasına qarşı münasibətdə bir sıra super dövlətlərin mövqeyi son illər xeyli dəyişib. Məlum olduğu kimi, bu günlərdə Sloveniyada ABŞ-Avropa Birliyi Zirvə toplantısı keçirilib. Toplantıda Amerika prezidenti Corc Buş Türkiyənin Avropa Birliyinə üzv seçilməsi məsələsinə toxunaraq öz mövqeyini kəskin şəkildə bildirib":Türkiyənin Avropa Birliyinə üzv olmasının vacibliyinə çox inanırıq. Türkiyə Avropa Birliyinə üzv olmalıdır". Bütün bunlar ilk növbədə Azərbaycanın, o cümlədən Türkiyənin beynəlxalq aləmdə artan nüfuzundan və etibarlı tərəfdaş olmasından xəbər verir. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Avropa Birliyi və NATO ilə əlaqələrinin genişlənməsi və əhəmiyyəti məsələsinə toxunaraq bildirmişdir ki, NATO ilə əməkdaşlıq adi xarakter daşımır, Azərbaycanın milli təhlükəsizlik doktrinasının təməl daşıdır. NATO-nun Əməliyyatlar Bölməsinin Planlaşdırma şöbəsinin rəhbəri Dieqo Polmer də öz növbəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verərək qeyd edib ki, Azərbaycan böyük enerji resurslarına malikdir. Bu isə təhlükəsizlik baxımından vacib amildir. NATO təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlıqdan məmnundur. Göründüyü kimi, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi gündən-günə möhkəmlənir. Bu mövqe təkcə enerji resurslarının perspektivi ilə deyil, həm də digər sahələrdə, xüsusilə ordu quruculuğunda özünü qabarıq şəkildə göstərməkdədir. Sirr deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq sahəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Belə ki, Silahlı Qüvvələrimizin nümayəndələri "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər. Azərbaycanın bu proqram çərçivəsində fəaliyyəti respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda NATO dövlətləri və tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə hərbi-siyasi, hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaradıb. Məlum olduğu kimi, 2004-cü ilin may ayında NATO Baş Katibinə təqdim olunan Fərdi Tərəfdaşlığın Fəaliyyət Proqramı 2005-ci ilin may ayında təsdiq edilmiş və onun icrasına başlanmışdır. Azərbaycan hökumətinin NATO ilə hərbi əməkdaşlıq proqramı çərçivəsində qəbul etdiyi öhdəliklərlə bağlı tədbirlərin davamı olaraq Müdafiə Nazirliyinin birləşmə və hərbi hissələrinin təşkilat-ştat strukturu NATO standartlarına uyğunlaşdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları bir sıra beynəlxalq tədbirlərdə, xüsusilə sülhyaratma əməliyyatlarında ölkəmizi şərəflə təmsil edirlər. Yeri gəlmişkən, sülhməramlılarımızın peşəkarlığı koalisiya qüvvələri komandanlığı tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, hərbi qulluqçularımız ali mükafatlara layiq görülüblər. Bu günlərdə Müdafiə Nazirliyinə daxil olan sevindirici bir xəbər də hamımızın ürəyindən olub. Bildiyimiz kimi, Azərbaycan sülhməramlılarının bir bölüyü İraqda koalisiya qüvvələrinin tərkibində sülhyaratma əməliyyatlarında iştirak edir. Bu bölük strateji əhəmiyyətli obyektlərin qorunmasında, gecə və gündüz post-patrul xidmətlərinin aparılmasında xüsusilə yüksək peşəkarlıq nümayiş etdirib. Təsadüfi deyil ki, SENTKOM - Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti çıxış edərkən bildirmişdir ki, Azərbaycan sülhməramlı bölüyünün əsgərləri xidmət etdiyi bölgədə çox yüksək peşəkarlıq göstərir, üzərlərinə düşən vəzifəni yüksək səviyyədə, ləyaqətlə yerinə yetirirlər. Onların xidməti İraqdakı Amerika dəniz piyadalarının xidmətindən üstündür. Azərbaycan sülhməramlılarına verilən bu yüksək qiymət əslində Azərbaycan dövlətinin ordu quruculuğu işinə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ölkə rəhbərliyinin Azərbaycanın müdafiə qüdrətinin artırılması yolunda həyata keçirdiyi tədbirlər, tələb və tövsiyələri, göründüyü kimi, cavabsız qalmamışdır. Ordumuzun həyatında müşahidə olunan yeniliklər ilk növbədə Silahlı Qüvvələrimizin müasir dünya standartlarına uyğunlaşdırılması yolunda görülən ciddi işlərin parlaq nümunəsidir. Bu günlərdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin ünvanına Əfqanıstanda Təhlükəsizliyə Yardım Üzrə Beynəlxalq Qüvvələr Komandanı, Amerika Birləşmiş Ştatları Quru Qoşunları generalı Dən Maknelil tərəfindən məktub göndərilib. Məktubda sülhməramlılarımızın nümunəvi xidmətindən yüksək razılıq hissi ifadə olunur: "Sizin Əfqanıstandakı qoşunlarınız yerləşdiyi yerdən asılı olmayaraq hər gün təhlükəsizliyə öz töhfəsini verir və hər bir tapşırığın yerinə yetirilməsində böyük çeviklik və qəhrəmanlıq göstərir. Onlar Azərbaycanın heyrətamiz nümayəndələridirlər. Onlar əvvəllər də bu cür olmuş, gələcəkdə də belə olmaqda davam edəcəklər. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək mənim üçün şərəfdir". Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinə beynəlxalq koalisiya qüvvələri komandanlığı tərəfindən verilən yüksək qiymətin, ifadə olunan minnətdarlıq hissinin yalnız bir hissəsidir. Şübhə yoxdur ki, Azərbaycan ordusu mənsub olduğu ölkənin hərtərəfli tərəqqisi işində nəinki geridə qalmayacaq, öz yüksək peşəkarlığı, döyüş hazırlığı ilə dövlətin və xalqın etimadını doğruldacaq. Təsadüfi deyil ki, ölkəmiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda apardığımız mübarizədə ən böyük töhfəni də məhz ordumuzdan gözləyir. İbrahim RÜSTƏMOV əməkdar jurnalist 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar