SON XƏBƏRLƏR

Suriyada həyata keçirilən raket hücumunda 5 İran hərbçisi məhv edilib

2021.10.20, 07:36
Suriyada həyata keçirilən raket hücumunda 5 İran hərbçisi məhv edilib

Gunaz.tv

GünazTV: Dekabrın 25-də Suriyanın şərqində yerləşən “Deyr əz- Zur” əyalətində həyata keçirilən raket hücumunda “Sepah” tettor təşkilatına bağlı olduğu güman edilən 5 İran hərbçisi məhv edilib.

 

Mənşəyi məlum olmayan raketlər, İran hərbçilərinin Əlbukamal şəhərində qərarlaşan 47-ci briqadası bazasını hədəfə alıb. Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatının rəisi Rami Əbdülrəhman jurnalistlərə açıqlamasında deyib ki, partlayışların dəhşətli səsini nəzərə alaraq, raketlərin pilotsuz uçan təyyarələr tərəfindən atıldığı təxmin edilir.

 

İranın müttəfiqi olan Livanın terrorçu “Hizbullah” təşkilatı bəyanat yayaraq, hücumların İsrail tərəfindən gerçəkləşdirdiyini bildirib. Rəsmi Tel-Əviv bundan əvvəl dəfələrlə bildirib ki, İsrail ordusu İranın Suriyada hər hansı bir hərbi baza təsis etməsinə imkan verməyəcək.

 

Raket hücumlarında öldürülən İran hərbçilərinin adları mediaya açıqlanmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar