SON XƏBƏRLƏR

İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib

2022.05.15, 16:15
İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib

Gunaz.tv

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, belə bir bəyanatla hakim Sosial Demokrat Partiyası çıxış edib.

"Sosial Demokrat Partiyası bu gün, 2022-ci il mayın 15-də keçirilən iclasında təşkilatın İsveçin NATO-ya üzv olmaq üçün müraciət etməsinə nail olmaq üçün çalışacağına qərar verib", - rəsmi məlumatda deyilir.

Qeyd edək ki, bu gün Finlandiya da Şimali Atlantika Alyansına qoşulmaq üçün rəsmi qərar qəbul edib.

Daha əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Berlinin Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi İsveç əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir. Onun sözlərinə görə, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar