Tanınmış azərbaycanlı fəal Abbas Lisani və ailə üzvlərinin iqtisadi fəaliyyətinə maneçilik yaradılır

29.08.2018, 09:07

GünAz TV: Son vaxtlar rejim tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani və onun ailə üzvlərinə qarşı təzyiqləri artırıb.


Məlumata görə, Ərdəbil Əyalətinin İctimai Məkanlara Nəzarət edən İdarəsi (Əmakin) A.Lisaninin oğlu Əli Lisaninin iqtisadi fəaliyyətini hədəfə alan qərar qəbul edib.


Ettelaat İdarəsinin tapşırığı əsasında hərəkət edən idarə Ə.Lisaninin mağazası üçün tələb olunan lisenziya haqda Zərgərlər Dənəyinin rəisinə yazılı göstəriş verib. Bildirilib ki, sözügedən mağazaya heç bir şəkildə lisenziya verilə bilməz. İdarə qanunsuz qərarı ilə bağlı hər hansı dəlilə işarə etməyib.


Ə.Lisani məsələ ilə bağlı “Əmakin” İdarəsinə müraciət edərək mağazasına hansı səbəbdən lisenziya verilmədiyini soruşub, lakin ona bu barədə heç bir məlumat verilməyib. Nəhayət ki, mağazasının möhürlənməsi haqda qərar avqustun 28-də ona elan olunub .


Təxminən 1 il əvvəl də Ə.Lisaninin qızıl məmulatlarının təmiri mağazasına problem yaradılmışdır. Məmurlar məmulatlarını təmir üçün Ə.Lisaniyə verən qızıl mağazalarına müraciət edərək onları başqa birisi ilə işləməyə məcbur etmişdilər.


Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir, o Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, uzun illər həbs edilib və daha bir çox təzyiqlərə məruz qalıb.

 

 


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tehranda mədəni fəal həbs edilib

2022-05-18

gun az article

İbrahim Rəisi hökuməti edamların sayını artırıb

2022-05-18

gun az article

İsrailin kənd təsərrüfatı texnologiyaları Azərbaycanda uğurla tətbiq oluna bilər

2022-05-18

gun az article

Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

2022-05-18

gun az article

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

2022-05-18

gun az article

Tehran Ticarət Palatası: "İranda inflyasiya Səudiyyə Ərəbistanından 17 dəfə çoxdur"

2022-05-18

gun az article

İranla sərhəddə hərbçilərimizə atəş açıldı

2022-05-18

gun az article

"İran xalqının taqəti tükənib"- Tanınmış rejissor Kann Festivalında hökuməti tənqid etdi

2022-05-18

gun az article

İranın İlam şəhərində silahlı qarşıdurma olub-Bir neçə nəfər öldürülüb

2022-05-18

gun az article

Ukraynanın bərpasında Rusiyanın dondurulmuş aktivlərindən istifadə oluna bilər

2022-05-18

gun az article

İsrailin müdafiə naziri İranla bağlı müzakirələr aparmaq üçün Amerikaya gedib

2022-05-18

gun az article

Azərbaycan və Litva prezidentləri görüşdü

2022-05-18

gun az article

İranda ərzaq üsyanı: İsfahanda izdihamlı mitinqlər keçirilib

2022-05-18

gun az article

Xamneyinin istefasını tələb edən ictimai fəal həbs edilib

2022-05-18

gun az article

İranda məhkum edam edilib

2022-05-18

gun az article

Müxalifət İrəvanda yenidən aksiyaya başlayıb, küçələri bağlamağa çalışır

2022-05-18

gun az article

Baş Qərargah: "Donetsk və Luqansk istiqamətində Rusiyanın 12 hücumu dəf edilib"

2022-05-18

gun az article

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub

2022-05-18

gun az article

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya yola düşüblər

2022-05-18

gun az article

İranda daha bir etirazçı gənc güllələnib

2022-05-18