SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal Əziz Purvəli vəfat edib

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal Əziz Purvəli vəfat edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Əziz Purvəli vəfat edib.

 

Həyatda olduğu zaman Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda böyük mücadilə verən fəal Təbrizdə xəstəlikdən vəfat edib.

 

Azərbaycanlı fəallar ölümündən əvvəl xəstəxanada müalicə alan Əziz Purvəliyə dəfələrlə baş çəkiblər. Hazırda Ərdəbil zindanında saxlanılan tanınmış fəal Abbas Lisani isə hər zəng etdikdə mərhum Purvəlini səhhəti ilə maraqlanıb.

 

Əziz Purvəli ömrünün böyük hissəsini Güney Azərbaycan və türk millətinin dirəniş mübarizəsinə həsr edib, o həyatdaykən dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həsb edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Mərhumun ailəsi, Milli Hərəkat fəalları və Azərbaycan türk millətinə dərin hüznlə başsağlığı diləyirik.

 

“Ruhu şad olsun”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar