Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilib

08.07.2019, 14:19

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib.

 

Hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub. Hökmə əsasən o 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O təxminən 6 aydır ki, Ərdəbil zindanında saxlanılır.

 

Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək”, “milli təhlükəsizliyə qarşı cəhd göstərmək”, “qanunsuz qrup yaratmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” kimi ağır ittihamlar irəli sürmüşdür.

 

Abbas Lisani məhkəmədə irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirmişdir.

İttihamların qondarma olduğuna Güney Azərbaycan Milli Hərəkatının fəalları da müxtəlif formalarda etiraz bildirib.

 

Tanınmış fəalın sonuncu məhkəmə iclası iyunun 27-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. Fəal proses zamanı hakimə xitabən bildirib ki, hər kəs mənə qarşı irəli sürülmüş ittihamların əsassız və yalan olduğunu bildiyindən, ümid edirəm ki, məhkəmə orqanları bu cinayət işində həssasiyyəti və müstəqilliyini qorumağın zəruri olduğunu anlayır.

Fəal həmçinin Azərbaycan milli hərəkatının sivil olduğuna toxunaraq demişdir: “Hərəkat özündən başqa heç bir ünsürdən asılı deyil, ona görə də ona digər fikirləri yeritmək və bunun nəticəsində Azərbaycan milli-mədəni fəallarına qarşı repressiya həyata keçirmək cəhdləri uğursuzluğa düçar olacaq.”

 

Azərbaycanlı fəal həbsxanada mayın 27-dən iyunun 15-dək aclıq aksiyası keçirib. Tanınmış fəal məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosye ona təhvil verilməməsinə etiraz olaraq aclıq etmişdir.

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02

gun az article

Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

2022-07-01

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-07-01

gun az article

Şərqi Azərbaycanda iqlim dəyişikliyi-Yağıntılar 43 mm azalıb

2022-07-01

gun az article

Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022-07-01

gun az article

Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

2022-07-01

gun az article

Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

2022-07-01

gun az article

Güneyli idmançılar Cənubi Koreyada iki medal qazanıb

2022-07-01

gun az article

Həmədanda vacib layihə 18 ildir yarımçıq qalıb

2022-07-01

gun az article

Xalxalda narkomaniya geniş yayılıb

2022-07-01

gun az article

Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

2022-07-01

gun az article

Ərdəbilin yüzlərlə kəndində su çatışmazlığı var

2022-07-01

gun az article

Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

2022-07-01