Fransa İran hökumətinin hərəkətlərini həyasızlıq adlandırıb

07.10.2022, 05:25

Oktyabrın 6-da Fransa Xarici İşlər Nazirliyi İranda "casusluqda" ittiham olunan bu ölkənin iki vətəndaşının məcburi etiraflarının yayımlanmasını "utancverici, həyasız səhnələşdirmə və beynəlxalq qanunlara zidd" addım adlandırıb.

Gunaz.tv Quote | Gunaz article

Rəsmi Paris İslam Respublikasını dövlət səviyyəsində girov götürməkdə" ittiham edib. 

Qeyd edək ki, İran İslam Respublikası Radio və Televiziya Şirkətinə bağlı ərəb dilli "Əl-Aləm" telekanalı oktyabrın 6-da iki Fransa vətəndaşının məcburi etiraflarını yayıb.

Onların beş ay əvvəl “İslam Respublikasını devirmək üçün inqilaba hazırlıq işləri aparmaq məqsədilə İrana səfər etdikləri"ni iddia edib.

İki Fransa vətəndaşından yayımlanan videoda xanım Sisli Kuller hicab taxır və özünü "Fransa Xarici Təhlükəsizlik Xidmətinin kəşfiyyat və əməliyyat məmuru" kimi təqdim edir. Jak Perri də bu videoda “Fransa xarici təhlükəsizlik xidmətində məqsədimiz İran hökumətinə təzyiq etməkdir”, deməyə məcbur edilib.

Bu məcburi etirafların yayımlanmasından sonra Fransa Xarici İşlər Nazirliyi bunu "həyasız səhnəcik" adlandırıb və bu iki Fransa vətəndaşının may ayında İran tərəfindən özbaşına həbs edildiyini və girov götürüldüyünü deyib.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında iki fransalının ehtimal olunan etiraflarının səhnələşdirilməsi "utancverici, iyrənc, qəbuledilməz və beynəlxalq qanunlara zidd hərəkət" kimi dəyərləndirilib.

"Bu məcburi etiraflar onların özbaşına saxlanması üçün göstərilən səbəblər qədər əsassızdır.
Ən pis diktatura rejimlərinə layiq bu cür səhnələşdirmə və hərəkətlər beynəlxalq ictimaiyyətin diqqətini İran xalqının qanuni istəklərindən yayındırmayacaq",- deyə, Fransa tərəfinin bəyanatında qeyd olunub.

Fransalı məhbusların etiraflarının məcburi yayımı Avropa Birliyinin Məhsa Əmininin ölümündə və İranda xalq etirazlarının geniş şəkildə yatırılmasında iştirak edən şəxslər və qurumlara sanksiya qərarı verməsi ərəfəsində həyata keçirilir.

İran İslam Respublikası hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

Bu hökumət əvvəllər də iranlı və əcnəbi məhbusları etiraf etməyə məcbur edib.

Onlar azadlığa çıxandan sonra etiraflarını qəti şəkildə rədd edib və etiraflarının məcburi və təhdid altında alındıqlarını bildiriblər.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda molla rejimi azərbaycanlıları edam edir - Güneyli politoloqların ŞƏRHİNDƏ

2022-12-10

gun az article

"Güney Azərbaycanın müstəqilliyi uğrunda çalışmalıyıq"-Politoloq

2022-12-10

gun az article

Məlikanda Aylar Həqqinin anım mərasiminin keçirilməsinə icazə verilməyib

2022-12-09

gun az article

"Güney Azərbaycan müstəqill olduqdan sonra iqtisadi cəhətdən heç bir problem yaşamayacaq" – AÇIQLAMA

2022-12-09

gun az article

Milli fəal doktor Hüseyn Xudayi həbs edilib

2022-12-09

gun az article

Təbrizli tələbə hərəkatının fəalı Armita Pavir müvəqqəti azad edilib

2022-12-09

gun az article

Təbrizli həkim Rza Rezazadə həbs edilib

2022-12-09

gun az article

Təbrizli millət vəkili: "Vətəndaşların etiraz etmək hüququ var"

2022-12-09

gun az article

“Sözümüz”: “21 Azərdən azadlığa doğru” - VİDEO

2022-12-09

gun az article

Xiyavda milli fəal həbs edilib

2022-12-08

gun az article

Azərbaycanlı fəala işgəncə verilərək məcburi etiraf alınıb

2022-12-08

gun az article

Tələbə hərəkatının fəalı Məhəmməd Şəbahəti saxlanılıb

2022-12-08

gun az article

Təbrizdə həbs edilən xanım fəal Nojan Bəzzazzadə barədə məlumat verilmir

2022-12-08

gun az article

Güneyli fəal Səid Əhmədinəsəb qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-12-08

gun az article

“Xudafərin körpüsünün hər iki tayında Azərbaycan bayrağı dalğalanacaq”-Əhməd Obalı-VİDEO

2022-12-08

gun az article

“Görüş”də müzakirə: “Azərbaycan Demokrat Firqəsinin apardığı islahat” və “İrandakı etirazların daxili təzadları” -VİDEO

2022-12-08

gun az article

Milli fəal Elyar Qafari müvəqqəti azad edilib

2022-12-08

gun az article

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

2022-12-07

gun az article

Həmədanda 18 yaşlı xanım bloger həbs edildi

2022-12-07

gun az article

“Bəsic”lə “bəluc”un fərqini bilməyənlərin Güney Azərbaycan davası və ya dar ağacından çörək ağacına...-Çingiz Özgür yazır

2022-12-07