SON XƏBƏRLƏR

Təbriz İncəsənət Universitetinin öyrəncilərindən universitet məsullarına etiraz

2021.10.20, 07:36
 Təbriz İncəsənət Universitetinin öyrəncilərindən universitet məsullarına etiraz

Gunaz.tv

GünAz TV: Təbriz İncəsənət Universitetinin öyrənciləri universitetin verdiyi xidmətlərin zəif olmasına etiraz ediblər.

 

Öyrəncilər dekabrın 5-də universitetin həyətində yemək qablarını nümayiş etdirərək etiraz aksiyası keçiriblər.

 

Universitetin verdiyi yemək xidmətinin zəif olduğunu bildirən öyrəncilər ödənişli təhsis sisteminin ləğv olunması və “İş təcrübəsi” adlanan layihənin icrasının dayandırılmasını tələb ediblər.

 

Aksiyada həmçinin universitetin təhlükəsizlik mühitinə çevrildiyi barədə xəbərdarlıq edilib.

 

Son vaxtlar Kooperasiya, Əmək və İctimai Rifah Nazirliyi öyrəncilərin universitetdən məzun olması üçün “İş təcrübəsi” adlanan bir layihənin icrası barədə qərar qəbul edib. Çoxlarının “pulsuz çalışma” adlandırdığı layihədə, öyrəncilər işdə təcrübə qazanmaq adı ilə müəyyən müddət hər hansı bir müəssisəsdə çalışmalıdır. Onlara işlədikləri müddətdə normal maaşın yalnız üçdə biri verilir. Öyrəncilər işsizliyin səbəbini universitet məzunlarının təcrübəsizliyində görmədikləri üçün, həmin layihənin ləğv olunmasını təkidlə tələb ediblər. Onların fikrinə görə, dövlət ali təhsilli insanların iş problemini həll etmək üçün daha ciddi tədbirlər görməlidir.

 

Güney Azərbaycan şəhərlərində öyrəncilər dəfələrlə universitet tərəfindən verilən xidmətlərin zəif olduğunu bildirərək bu vəziyyətə etiraz ediblər. Azərbaycan universitelərinin maliyyə imkanları İranın mərkəzi şəhərləri ilə müqayisədə çox aşağı səviyyədədir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar