SON XƏBƏRLƏR

Təbriz Universitetinin öyrəncisi Əli Xamneyini sərt tənqid edib - VİDEO

2021.10.20, 07:36
Təbriz Universitetinin öyrəncisi Əli Xamneyini sərt tənqid edib - VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin Universitetinin öyrəncilərindən biri tədbirlərin birində İranın dini lideri Əli Xamneyini sərt tənqid edib.

 

O ölkədə fəhlələrin və müəllimlərin problmelərinə işarə edərək onların hüquqlarını müdafiə edib və bu zəmində fəaliyyətlərinə görə təzyiqlərə məruz qalanlardan ikisinin adını çəkib.

 

“40 il ərzində universitetdə azadlığı təmin edə bilməyən hökumət, heç 40 il sonra da edə bilməz. Rəhbər 30 ildir ki, İran İslam Cümhuriyyətinə rəhbərlik edir. O nə üçün öyrəncilərin tələbinə cavab vermir?! Nəyə görə universitetə gəlib öyrəncilərlə söhbət etmir?! Yalnız diktatorlar müxaliflərin sözünə qulaq asmaz!

Haşim Xastar nə üçün dəlixanaya aparıldı? İsmayıl Bəxşi nəyə görə saxlanıldı?”- deyə öyrənci çıxışının bir hissəsində qeyd edib.

 

Çıxış zamanı Təbrizin millət vəkili Məsud Pezeşkiyan ayağa qalxaraq öyrənciyə cavab vermək istəyib. Bu anda salonda olan bütün öyrəncilər “Otur yerə” şüarı səsləndirərək M.Pezeşkiyanın çıxışa müdaxilə etməsinə imkan verməyiblər.

 

Təbriz 1 saylı Texniki Universitetinin öyrənciləri yeməyin keyfiyyəti və yemək salonunun natəmiz vəziyyətdə olmasına etiraz olaraq yeməklərini salonun ortasında üs-üstə töküblər.

 

İranın müxtəlif şəhərlərində öyrəncilər davamlı olaraq etiraz aksiyaları keçirir. Etiraz yığıncaqları ölkənin əksər universitetlərində müşahidə olunur.

 

https://www.youtube.com/watch?time_continue=41&v=XbbQeompcyQ

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar