SON XƏBƏRLƏR

Təbrizdə avtobusların gediş haqqı qalxır

2021.10.20, 07:36
Təbrizdə avtobusların gediş haqqı qalxır

Gunaz.tv

GünAz TV: Təbrizdə şəhər daxilində sərnişin daşıyan avtobuslarda gediş haqqı bahalaşıb.

 

Bu barədə Təbriz Şəhərdaxili Avtobus Nəqliyyatı Şirkəti məlumat yayıb. Bildirilib ki, yeni qiymətlər aprelin 5-də qüvvəyə minəcək.

 

Şirkətin yeni il (İranda yeni il Novruz bayramından başlayır) üçün açıqladığı elanda marşrut avtobuslarında gediş haqqının qiyməti ötən illə müqayisədə 36 faiz qalxıb.

 

Təbriz Şəhərdaxili Avtobus Nəqliyyatı Şirkəti bütün marşrutlar üzrə gediş haqqının qiymətini elan edib.

 

 

Qeyd edək ki, İranın şübhəli nüvə fəaliyyəti Amerika Birləşmiş Ştatlarının bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Bu səbəbdən ölkədə ağır iqtisadi böhran hökm sürür. Güney Azərbaycanın bütün bölgələrini isə işsizlik, yoxsulluq və qeyri-adi bahalıq bürüyüb, əhali günü-gündən artan qiymətlərin öhdəsindən necə gələciyini bilmir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar