SON XƏBƏRLƏR

Təbrizdə “Çənlibel” adında 5 ulduzlu hotel olacaq

2021.10.20, 07:36
Təbrizdə “Çənlibel” adında 5 ulduzlu hotel olacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində “Çənlibel” adlı 5 ulduzlu hotelin təməlqoyma mərasimi keçirilib.

 

Mərasimdə Şərqi Azərbaycan Əyalətinin bir çox məsul şəxsi iştirak edib.

 

Hotelə sərmayə yatıranlardan biri İsmayıl Ağazadə tikiləcək möhtəşəm kompleks barədə məlumat verib.

“Bu kompleks Çənlibel Ticarət İnkişafı Şirkəti tərəfindən inşa olunur. Təxminən 50 min kubmetr ərazidə tikiləcək kompleksin 3 il sonra istifadəyə verilməsi planlaşdırılıb. Yəqin ki, 2022-ci ilin yay fəslində hotelin açılışına şahid olacayıq. “Çənlibel” hotelinin tikintisində ən yüksək standartlara cavab verən inşaat texnologiyasından istifadə olunacaq.”- deyə o bildirib.

 

İsmayıl Ağazadə 5 ulduzlu hoteldə 100-dən çox lüks və suit tipli otaqların olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, kompleks üçün bir neçə idman növü üzrə salonlar, film kampusu, uşaq kompleksi, 600 nəfərlik amfiteatr, beynəlxalq festival üçün 1200 nəfərlik salon və daha bir çox imkanlar nəzərdə tutulub.

 

Qeyd edək ki, son illərdə Güney Azərbaycanda əhalinin türk adlarına olan meyli daha da artıb. Ona görə də iş adamları ticarət xarakteri daşıyan obyektlərdə öz istəkləri ilə yanaşı əhalinin üstünlük verdiyi adlardan daha çox istifadə edirlər. Şübhəsiz ki, tikiləcək möhtəşəm hotelin Çənlibel adlandırılması yerli əhali tərəfindən böyük rəğbətlə qarşılanır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar