SON XƏBƏRLƏR

Təbrizdə Cinayət-Axtarış İdarəsinin qarşısında Milli Hərəkatın bayrağı dalğalandırılıb – VİDEO / Sarabda çox sayda bayraq paylanılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə Cinayət-Axtarış İdarəsinin qarşısında Milli Hərəkatın bayrağı dalğalandırılıb – VİDEO / Sarabda çox sayda bayraq paylanılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-cü ildönümü ərəfəsində Güney şəhərlərində çox sayda tədbirlər həyata keçirilib.

 

Məlumata görə, çərşənbə günü Təbrizin Cinayət-Axtarış İdarəsinin (Aqahi İdarəsi) qarşısında Güney Azərbaycan Milli Hərəkatının bayrağı dalğalandırılıb.

 

Böyük riski gözə alan azərbaycanlı fəallar bayrağı Saib xiyabanında, dəqiq olaraq Cinayət-Axtarış İdarəsinin qarşısındakı körpüdən asıblar.

 

Fəalların bayrağın dalğalanması üçün belə bir həssas yeri seçməsi xüsusi diqqət çəkir.

 

https://www.youtube.com/watch?time_continue=22&v=WMPBHnzIP1M

 

Sarabda isə şəhərin müxtəlif yerlərində Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağı paylanılıb. Milli-mədəni fəallar bayraqları əhali arasında paylamaqla yanaşı bir çox yerlərə, o cümlədən divarlara da yapışdırıblar.

 

İranın təhlükəsizlik qüvvələri bu günlərdə Güney Azərbaycan şəhərlərini daha çox nəzarətdə saxlamağa çalışır. Bütün bunlara baxmayaraq Milli Hərəkat fəalları qarşılarını qoyduqları məqsədi həyata keçirir.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

 

Milli hökumət qurulduqdan bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edilib. Müxtəlif mənbələrdə işğalçı tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyü qeyd olunur.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar