SON XƏBƏRLƏR

Təbrizdə təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirilir – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirilir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İranın təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olması ilə bağlı çıxışı Güney Azərbaycanda geniş etirazlara səbəb olub.

 

Mövzu ilə bağlı Təbriz şəhərində divarlara üzərində milli şüarlar yazılmış müxtəlif posterlər yapışdırılıb.

 

Bazar günü şəhərdə görünən posterlərdə İranda sistemli şəkildə həyata keçirilən irqçi siyasəti pisləyən şüarlar yazılıb, məktəblərdə türk dilinin tədris olunması tələb olunub. Fəallar türk dilinin Güney Azərbaycan üçün “qırmızı xətt” olduğunu da bir daha vurğulayıblar.

 

Şəhərin müxtəlif yerlərində rast gəlinən posterlərin üzərində “Mənim dilim ölən deyil – Özgə dilə dönən deyil”, “Türk dili bizim qırmızı xəttimizdir” və s. kimi şüarlar yazılıb.

 

Oxşar şüarlar ötən günlərdə Parsabad və Ərdəbil şəhərlərində divarlara yazılmışdır.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

 

Soydaşlarımız nazirin bu açıqlamasına müxtəlif formalarda etiraz bildiriblər.

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar