SON XƏBƏRLƏR

Təbrizin manqurt bələdiyyə başqanı radikal bir kürdü özünə müşavir təyin edib

2021.10.20, 07:36
Təbrizin manqurt bələdiyyə başqanı radikal bir kürdü özünə müşavir təyin edib

Gunaz.tv

GünAz TV: Təbrizin manqurt bələdiyyə başqanı İrəc Şəhin Baher özünə daha bir antitürk mövqedə olan müşavir seçib.

 

Məlumata görə, PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən radikal kürd Bəxtiyar İzzətpənah şəhərin inkişaf planı üzrə Təbriz bələdiyyə başqanının müşaviri təyin olunub.

 

İ.Şəhin Baherin bu qərarı azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

 

Bir müddət əvvəl isə tanınmış panfarsist İsfəndiyar Qarabaği incəsənət və mədəniyyət işləri üzrə Təbriz bələdiyyə başqanının müşaviri vəzifəsinə təyin olunub. O hər zaman Azərbaycan türk millətinin milli kimliyinə qarşı radikal mövqe sərgiləyib, bu istiqamətdə bağışlanmaz addımlar atıb.

 

İ.Şəhin Baherin təyinatlarda yol verdiyi xətalar hər kəsin diqqətini çəkməkdədir. Çoxları soruşur ki, bu təyinatlar Təbrizdə bacarıqlı və qabliyyətli birisinin olmaması ilə bağlıdır yoxsa başqa səbəblər var?! Təbii ki, bələdiyyə başqanının Azərbaycan türk millətinə olan biganə və qərəzli münasibəti onun panfarsist məktəbində aldığı dərslərin nəticəsidir.

 

Bələdiyyə İdarəsi ötən günlərdə 3-cü sinifin fars dili kitabınının böyük lövhəsini Təbrizin Fəhmidə meydanında quraşdırmışdır. Aazərbaycanlı fəalların kəskin etirazı ilə qarşılaşan İ.Şəhin Baher geri addım ataraq fars dili kitabını riyaziyyat kitabı ilə dəyişməli oldu.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar