Təbrizlə Ankaranın qardaşlaşması məsələsi müzakirə olunur – Təbrizin bələdiyyə başqanı

18.09.2018, 12:08

GünAz TV: Təbrizin Bələdiyyə başqanı İrəc Şəhin Baher təmsil etdiyi şəhərlə Türkiyə paytaxtı Anklaranın qardaşlaşa biləcəyi barədə xəbər verib.

 

Məlumata görə, Ankara tərəfi iki şəhər arasında əlaqələrin inkişaf etdirilməsi və qardaşlaşmasına tərəfdardır, lakin böyük ehtimalla İran rejimi bu plana qarşı çıxacaq.

 

İ.Şəhin Baher artıq bu barədə Ankaranın bələdiyyə başqanı ilə müzakirə apardığını, Ankara təmsilçisinin buna mübəst baxdığını diqqətə çatdırıb.

 

“Ankara iqlim və geopoletik baxımdan Təbrizə çox oxşayır. Ona görə də bu şəhərdə həyata keçirilən uğurlu şəhərsalma və memarlıq təcrübələrindən istifadə etmək mümkündür.

Türkiyə paytaxtında tıxac problemi bu ölkənin digər şəhərləri ilə müqayisədə ən aşağı səviyyədədir. Tıxacı kontrolda saxlamaq üçün bir çox uğurlu işlər görülüb. Məhz bu səbəbdən Ankara, paytaxt olmasına və 5.5 milyondan çox əhaliyə malik olmasına rəğmən tıxac problemi baxımından çox rahat bir şəhərdir”- deyə o bildirib.

 

Bələdiyyə başqanı hazırda Təbrizin həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində bir çox problem yaşandığına işarə edərək Ankara şəhərində bu problemin həlli istiqamətində önəmli işlər görüldüyünü də qeyd edib. O bildirib ki, bu sahədə Ankara təcrübəsindən istifadə etmək Təbriz üçün çox vacib məsələdir.

 

İ.Şəhin Baher Təbriz və Ankara mədəniyyət həftələrinin keçiriləməsinin turizm sahəsinə təsiri ilə bağlı da danışıb. O bildirib ki, hər iki şəhərin dərin tarixi və böyük mədəni potensialı var. Ona görə də mədəniyyət həftələrinin keçirilməsi mədəni əlaqələrin genişləndirilməsi və turizm sahəsinə müsbət təsir edə bilər.

 

Tərəflər arasında müqavilə bağlanarsa, Ankara Təbrizlə qardaşlaşan birinci paytaxt olacaq. Bu barədə Təbriz bələdiyyə başqanı mövqeyini açıqlayıb, Ankara tərəfinin isə razılıq verdiyi qeyd olunur, lakin İran rejiminin bu məsələyə necə baxacağı hələlik sual altındadır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

2022-08-16

gun az article

Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü

2022-08-16

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyi müsabiqədə qalib gəlmiş təşkilatlarla görüş keçirib

2022-08-16

gun az article

“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev

2022-08-16

gun az article

Quba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb

2022-08-16

gun az article

Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

2022-08-16

gun az article

İranda yenidən su üsyanı başlaya bilər

2022-08-16

gun az article

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı mina sahəsi aşkarlanıb

2022-08-16

gun az article

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub –Yanğın davam edir

2022-08-16

gun az article

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

2022-08-16

gun az article

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

2022-08-16

gun az article

"Ağalar bilmədi birdir bu torpaq..."- Araz həsrətli şair Bəxtiyar Vahabzadənin doğum günüdür

2022-08-16

gun az article

Latviya Ukraynaya 4 helikopter göndərdi

2022-08-16

gun az article

İran Ermənistanla birgə təlimlər keçirir

2022-08-16

gun az article

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

2022-08-16

gun az article

İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

2022-08-16

gun az article

“Biz imitasiya yox, real nəticələr görmək istəyirik” – XİN rəsmisi

2022-08-15

gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15