SON XƏBƏRLƏR

Təbrizli kişinin bağışladığı bədən orqanları iki nəfərin həyatını xilas edib- FOTO

2021.10.20, 07:36
Təbrizli kişinin bağışladığı bədən orqanları iki nəfərin həyatını xilas edib- FOTO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərindən olan Hüseyn İbrahimi Məşiranın övladlarının icazəsi ilə pulsuz bağışlanan bədən üzvləri iki nəfəri ölümün pəncəsindən xilas edib.

 

61 yaşlı həmin kişi beyninə qan sızdığına görə xəstəxanaya yerləşdirilsə də, sonradan beyin ölümünə düçar olub. Onun övladlarının razılığı ilə qara ciyəri və ürəyi Tehran və Şiraz şəhərində ağır vəziyyətdə olan xəstələrə köçürülüb.

 

Mərhum Hüseyn İbrahimi Məşiran

 

Mərhum oğlu Qurban İbrahimi Məşiran bildirib ki, atasının beyin ölümü keçirməsindən sonra digər qardaş və bacıları ilə onun orqanlarını ehtiyacı olan xəstələrə bağışlamaqla bağlı məsləhətləşib. Hamısının razılığı ilə mərhumun ürəyi və qara ciyəri ehtiyacı olan 2 xəstəyə köçürülüb.

 

Qeyd etmək lazımdır ki, tez-tez güney azərbaycanlıların bağışladıqları orqanların sayəsində onlarla insanın ölümün pəncəsindən xilas olması barədə xəbərlər yayılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar