SON XƏBƏRLƏR

Tehran polisi Tələbələr günündə 15 nəfəri həbs edib

2021.10.20, 07:36
Tehran polisi Tələbələr günündə 15 nəfəri həbs edib

Gunaz.tv

GünAzTv: Tehranda Tələbələr günündə Tehran Politexnik Universitetinin 15 tələbəsi həbs olunub. Bu barədə cümə axşamı müxalifətin /kaleme.com/ rəsmi saytı məlumat verib.

İlkin istintaqdan sonra gənclərdən 10-u buraxılıb, beş nəfər isə Milli Təhlükəsizlik Nazirlyinin əməkdaşları tərəfindən döyülərək Evin həbsxanasına göndərilib.

İranda ənənəvi olaraq dekabrın 7-də qeyd olunan Tələbələr günündə Tehran Politexnik Universitetinin minə yaxın tələbəsi etiraz aksiyası keçirərək, İran müxalifətinin lideri Mirhüseyn Musəviyə dəstək nümayiş etdiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar