SON XƏBƏRLƏR

Tehranda ata 11 yaşlı ögey qızını zorlayıb- Uşaq hamilə qalıb

2021.10.20, 07:36
Tehranda ata 11 yaşlı ögey qızını zorlayıb- Uşaq hamilə qalıb

Gunaz.tv

GünAz TV: Möhsün adlı Ögey atası tərəfindən Tehranda zorlanaraq hamilə qalan 11 yaşlı Məhsa adında qız uşağı ilə bağlı mətbuatda məlumat yayılıb.

 

Məlumata əsasən, adı çəkilməyən həmin şəxsin ögey qızına qarşı cinsi təcavüz etdiyinə görə noyabrın 25-də məhkəmə iclasını keçirilib. Məhkəmə-Tibbi Ekspertizasının təqdim etdiyi hesabatda 11 yaşlı uşağın cinsi təcavüzə məruz qaldığı və hamilə olduğu deyilir.

 

Məlumatlarda Məhsanın anasının 1 ay öncə bu tükürpədici hadisədən xəbər tutduğu və polisə müraciət etdiyi bildirilir. Şikayət əsasında təyin edilmiş Məhkəmə-Tibbi Ekspertizası 11 yaşlı qızın ögey atası tərəfindən zorlanması və hamilə olması barədə rəy verib. Bundan sonra Möhsün saxlanılıb.

 

Möhsün ilkin dindirilmə zamanı uşağa qarşı cinsi təcavüz göstərməyini danmağa çalışsa da, ekspertizanın Məhsanın hamilə olduğu barədə rəy verdiyini bildikdən sonra ittihamı qəbul edib.

 

Məhkəmədə zərərçəkmiş kimi dindirilən Məhsa hadisədən sonra psixoloji travma aldığını deyib və hakimdən ögey atasına qarşı ən ağır cəza verməyi xahiş edib.

 

Möhsün məhkəmədə istintaqa verdiyi ifadəni dandığına görə, hakim Məhsanın bətnində daşıdığı uşaqdan DNA testinin götürülməsinə hökm verib. Buna görə də, növbəti məhkəmə iclası testin cavablarının çıxmasına qədər təxirə salınıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar