SON XƏBƏRLƏR

Tehranda gözəllik salonları bağlanır ( Müasir saç düzümü təklif etdiklərinə görə)

2021.10.20, 07:36
Tehranda gözəllik salonları bağlanır ( Müasir saç düzümü təklif etdiklərinə görə)

Gunaz.tv
Tehranda gözəllik salonları bağlanır Müasir saç düzümü təklif etdiklərinə görə İran paytaxtında polis qadınların hicaba riayət etməsinə nəzarəti gücləndirərərək gözəllik salonlarına reydlər təşkil edir. Artıq paytaxtda müasir saç düzümləri təklif edən bir gözəllik salonu bağlanıb. Geyimlərində islam qaydalarına riayət etmədiyi bildirilən və saçları görünən qadınlar polis şöbələrinə aparılaraq izahat alınır. İzahata paltarların haradan alındığı və saçların hansı salonda düzəldildiyi barədə suallar daxil edilib. Bu izahatlar əsasında polis qadın və kişilər üçün nəzərdə tutulan gözəllik salonlarına reydlər təşkil edir. ("OLAYLAR"İA) ----------------------------------------------------------------------- Yüzdən artıq hərəkatçı işgəncə altındadır Son bir ayda Güney Azərbaycanda minlərlə soydaşımız həbs edilərək təhlükəsizlik və polis idarələrində sorğu-sual edilib. Onlardan kütləvi aksiyalarda iştirak etməmək barədə yazılı iltizam alınıb. Bunu azərbaycanlıların hüquqlarını müdafiə təşkilatının sədri Faxtə Zəmani bildirib. Onun sözlərinə görə, müvəqqəti azadlığa buraxılanlarla yanaşı hələ də həbsxanalarda və təhlükəsizlik idarələrində yüzdən artıq hərəkat fəalı işgəncələrə məruz qalmaqdadır. Heç bir məhkəmə qərarı olmadan onlara qarşı işgəncələr təbiq edilir, bir çox hərəkatçının səhhətində ciddi problemlər yaranıb. Tibbi yardıma ehtiyacı olan məhbuslar təkadamlıq kameralarda saxlanılır və şübhəli ölümlərin sayı artır. Xanım hüquq müdafiəçisi beynəlxalq təşkilatları İranda insan haqlarının müdafiəsinə diqqət yetirməyə çağırıb. ("OLAYLAR"İA) ----------------------------------------------------------------------- 16 yaşlı məktəbli 15 ay həbsdə qalacaq Hərəkat fəalı bu dəfə vəzifəli şəxsləri təhqir etməkdə günahlandırılır Güney Azərbaycan milli hərəkatında iştirak etməsi səbəbindən həbs edilən 16 yaşlı məktəbli Məhəmmədrza Əvəzpur məhkəmə qərarı ilə təkrar 6 ay həbsə məhkum edilib. Təbriz həbsxanasında saxlanılan 16 yaşlı hərəkatçı barədə təkrar məhkəmə qərarını çıxarılamsına səbəb həbsxana məmurlarının onu qaydaları pozmaqda günahlandırması olub. İnqilab Məhkəməsinin 118-ci şöbəsində hakim Nikkar bundan əvvəl 9 ay həbsə məhkum edilən məktəblinin daha 6 ay həbsi barədə qərar verib. Bu dəfə məktəbli İran Cəza Qanununun 514-ci maddəsi, yəni vəzifəli şəxsləri təhqiretmə maddəsi ilə məhkum edilib. Qeyd edək ki, məktəblinin böyük qardaşı mühəndis Mustafa Əvəzpur da həbs edilərək ağır işgəncələrə məruz qalıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar