SON XƏBƏRLƏR

Tehranda məhkəmənin qarşısında özünü yandıran gənc qız ölüb

2021.10.20, 07:36
Tehranda məhkəmənin qarşısında özünü yandıran gənc qız ölüb

Gunaz.tv

GünAz TV: Futbol oyununa tamaşa etmək üçün stadiona daxil olarkən saxlanmış və barəsində cinayət işi açılmış gənc qız intihar edəndən bir neçə gün sonra xəstəxanada keçinib.

 

Bir neçə gün öncə adı çəkilməyən bu qızın Tehranda, məhkəmələrdən birinin önündə üzərinə benzin tökərək, özünü yandırdığı barədə məlumat yayılmışdı. Yaxınları ona qarşı stadionda futbol maçına baxmağa çalışdığı üçün “ictimai mənəviyyata zidd davranışlar” və “öz xidməti vəzifəsini yerinə yetirən polisi təhqir etmə” kimi maddələrlə cinayət işi açıldığını bildirmişdilər.

 

Ata və anası da gənc qızın ölüm xəbərini təsdiqləyiblər. Onlar da qızlarının kişi paltarıb geyinib, stadiona daxil olmaq istəyərkən polislər tərəfindən saxlandığını deyiblər.

 

Ötən gün axşam saatlarında yerli media orqanları gənc qızın Tehranın Mütəhhəri xəstəxanasında dünyasını dəyişdiyi barədə məlumatlar yayıblar.

 

Ölümünə qədər onun adı açıqlanmasa da, daha sonra gənc qızın Səhər Xudayari olduğu bildirilib.

 

Bəzi xəbərlərə əsasən, o, bir neçə gün öncə ölüb. Lakin təhlükəsizlik qüvvələri Xudayarinin ailəsinə təzyiq göstərərək, ölüm haqqında xəbəri yalnız dəfndən sonra yaymaqla bağlı ailə üzvlərindən iltizam alıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar