SON XƏBƏRLƏR

Tehranda nəzərdə tutulan “Qadın haqları” seminarının keçirilməsinin qarşısı alınıb

2021.10.20, 07:36
Tehranda nəzərdə tutulan “Qadın haqları” seminarının keçirilməsinin qarşısı alınıb

Gunaz.tv
Tehranda nəzərdə tutulan “Qadın haqları” seminarının keçirilməsinin qarşısı alınıb aksiya.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən cümə axşamı nəzərdə tutulan qadın haqları seminarı faşist məmurları tərəfindən qarşısı alınıb. Bu seminar İranda qadın haqlarının faşist molla hakimiyyəti tərəfindən pozulması və günü-gündən qadın haqlarının pozuntusunun son həddə çatması əsasında Tehranda keçirilməsi nəzərdə tutulmuşdur. Qadın haqları fəallarından olan xanım Mənsurə Şücayi məlumat verir ki, hakimiyyətin məmurları bu seminarın keçirilməsinin qarşısını alıblar. Məmurlara müqavimət göstərən hüquq müdafiəçilərinin əksəriyyəti faşist məmurları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıblar. Həbs olunanların sayı 20 nəfərdən artıqdır. Mənsurə Şücayi əlavə edir ki, polis dolu maşınlar qəflətən qadın hüquqlarını müdafiə edənlərə hücum edərək çoxlu sayda qadınlarımızı həbs etdilər. Onlardan bəzilərinin adları bunlardan ibarətdir. Nəsrin Studə, Ayda Səadət, Nahid Mirhac, Şila Bəniyəqub, Sara Luqman və başqalarının adını çəkmək olar. Xatırladaq ki, molla hakimiyyəti İranda insan haqlarını, xüsusilə də qadın haqlarını kobud şəkildə pozmaqda davam etməkdədir. Qadın haqlarını müdafiə edən saytları, veblagları, jurnalistləri və hüquq müdafiəçilərini həbs edir, ağır işgəncə və təzyqilərə məruz qoyur, saytları və dərgiləri bağladır. Əhalinin gözü qarşısında qadınları daş-qalaq edir. İranda VI əsrin qeyri-insani qanunlarını həyata keçirməkdə davam edir. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar