Tehranda “Qarabağ Ermənistanındır” plakatı ilə bağlı İran səfirliyindən açıqlama / “Traxtur” tərəfdarları etiraza hazırlaşır

28.02.2019, 16:23

GünAz TV: İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün baş tutduğu məkan erməni klubudur. Bu səbəbdən həmin klubda qadınlar başıaçıq otura bilərlər.

 

Bu sözləri Axar.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Əli Musəvi İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə iştirak edən qadınların baş örtüsüz olmasına və görüş zamanı “Qarabağ Ermənistanındır və Son” sözləri yazılmış plakatın qaldırılmasına münasibət bildirərkən deyib.

 

Ə.Musəvi bildirib ki, Nikol Paşinyanın səfəri ilə bağlı onlarda hələlik heç bir məlumat yoxdur:

“Bu görüş və səfərlə bağlı bizə hələ heç bir məlumat gəlməyib. Orada hansı plakatın açılmasından da məlumatsızıq”.

 

Səfirlik əməkdaşı qeyd edib ki, Qarabağ məsələsi ilə bağlı İranın rəsmi mövqeyi bəllidir:

"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. "Ararat" klubunda açılan plakatda ermənicə nəyin yazılmasından isə yəqin ki, orada iştirak edən İran rəsmilərinin xəbəri olmayıb, çünki onlar erməni əlifbasını və dilini bilmirlər. Onu da bildirim ki, erməni klubunda baş tutan görüş və orada yaşananlar İranın rəsmi mövqeyi deyil".

 

Qeyd edək ki, İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” sözləri yazılıb.

Nikol Paşinyan Tehranda İranın dini rəhbəri Əli Xamneyi və ölkə prezidenti Həsən Ruhani ilə də görüşüb. Görüş zamanı İran rəhbəri Tehranla İrəvan arasındakı mövcud dostluq, siyasi və iqtisadi əlaqələrin hər keçən gün daha da möhkəmlənməsini, eləcə də davamlı olmasını istəyib.

 

 

Bu məsələ güney azərbaycanlıların kəskin etirazına səbəb olub. Soydaşlarımız martın 1-də Təbrizdə “Traxtur”la “Sepahan” komandaları arasında keçirilən futbol görüşündə İran rəhbərliyinə tutarlı cavab verməyə hazırlaşır, stadionda sərt şüarların səsləndiriləcəyi gözlənilir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanda doğum sayı kəskin azalıb

2022-06-30

gun az article

"Azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır"- Əhməd Obalı

2022-06-30

gun az article

Təbrizli atlet dünya çempionatına lisenziya qazanıb

2022-06-30

gun az article

Təbrizin qida sənayesi fabrikində güclü yanğın olub

2022-06-30

gun az article

"Görüş”də müzakirə: “Nüvə anlaşması Bərcam çıxılmaz vəziyyətdə” və “Terrorçu SEPAH-da nələr baş verir”-VİDEO

2022-06-30

gun az article

Quzey Azərbaycandan güneyli siyasi məhbuslara dəstək-FOTOLAR

2022-06-30

gun az article

Güneyli siyasi məhbus Rza Şəhabinin həyatı təhlükədədir

2022-06-30

gun az article

"Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"-Kəleybər prokuroru

2022-06-29

gun az article

Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

2022-06-29

gun az article

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

2022-06-29

gun az article

"Qonşu ölkələr bizim tərəfdən dostluq mövqeyi hiss etmirlər"- Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab

2022-06-29

gun az article

Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

2022-06-29

gun az article

Ərdəbildə Krım-Konqo qızdırması yayılıb

2022-06-29

gun az article

Sulduzda Babək qalasına yürüşlə bağlı afişalar yayılıb-FOTO

2022-06-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Çaldıran savaşından öncə Səfəvi və Osmanlı ilişkiləri”-VİDEO

2022-06-29

gun az article

Təbrizdə su çatışmazlığı böhran həddinə çata bilər

2022-06-29

gun az article

Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

2022-06-29

gun az article

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

2022-06-29

gun az article

Kəleybərdə milli fəal həbs edilib

2022-06-29

gun az article

Qərbi Azərbaycanda 2 tondan çox narkotik maddə müsadirə edilib

2022-06-28