SON XƏBƏRLƏR

Terrorçu qruplaşmaların tərəfdarlarının planlaşdırdığı etiraz yığıncağı bu səbəbdən baş tutmadı - Urmiyada

2021.10.20, 07:36
Terrorçu qruplaşmaların tərəfdarlarının planlaşdırdığı etiraz yığıncağı bu səbəbdən baş tutmadı - Urmiyada

Gunaz.tv

GünAz TV: Urmiya şəhərində güney azərbaycanlı milli fəalların ayıq-sayıq olması nəticəsində terrorçu qruplaşmaların tərəfdarlarının planlaşdırdığı etiraz yığıncağı baş tutmayıb.

 

Kürd terrorçu cərəyanlarına bağlı kanallar Türkiyənin Suriyada başlatdığı antiterror əməliyyatını bəhanə edərək oktyabrın 13-də Urmiyada etiraz aksiyasına çağırış etdilər. Çağırışdan qəzəblənən Urmiya, Təbriz, Mərənd, Xoy və Sulduzlu azərbaycanlı milli-mədəni fəallar yığıncaq üçün təyin edilən yerə toplaşaraq terrorçu qruplaşmaların tərəfdarlarının aksiya keçirməsinə mane olmaq istədilər, onlar sonda qarşıya qoyduqları hədəfə nail oldular.

 

Məlumata görə, aksiyaya hazırlaşan radikal kürdlər azərbaycanlı milli-mədəni fəalları görüncə, onlardan çəkinərək aksiya keçirməkdən vaz keçiblər.

 

Azərbaycanlı fəallar sözügedən yığıncaq üçün təyin olunmuş vaxtdan bir neçə saat sonra radikal kürdlərin aktivləşməsi, terrora dəstək yığıncaqları və bu kimi hərəkətlərə qarşı mübarizə üsulu barədə söhbət edib və geniş müzakirələr aparıblar.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar