SON XƏBƏRLƏR

Təxminən iki həftə əvvəl Təbrizdə saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Təxminən iki həftə əvvəl Təbrizdə saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjadın saxlanmasından təxminən iki həftə keçməsinə baxmayaraq onun barəsində heç bir məlumat yoxdur.

 

Bu vəziyyət fəalın ailəsinin nigaranlığına səbəb olub.

 

Fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

 

O tutulduqdan sonra qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına intiqal edildiyini bildirmişdir. Fəalın ailəsinin cəhdlərinə baxmayaraq məhkəmə və təhlükəsizlik orqanları fəalın hansı səbəbdən saxlandığı barədə hərhansı məlumat verməkdən imtina edir.

 

Məlumata görə, Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının(flaşka) məmurlar tərəfindən götürüldüyü bildirilir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar